Lənkəranda iki gənci maşın vurub


Sosial 15 Okt 2017 19:43:05 343 0

Lənkəranda iki gənci maşın vurub

Onlardan birinin vəziyyəti ağırdır

Lənkəranın Boladi kəndində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisəni "Qazel" markalı yük avtomobilin sürücüsü törədib.

Qəza nəticəsində 1999-cu il təvəllüdlü Cəfərov Elvin Nadir oğlu və 1996-cı il təvəllüdlü Hüseynov Nihat Emil oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralılardan birincinin vəziyyəti qənaətbəxş olsa da, digərinin vəziyyəti ağırdır. Nihat reanimasiya şöbəsinə yerləşdirilib.