Xətai rayonunda gənc oğlan bıçaqlanıb


Sosial 14 Okt 2017 06:55:09 328 0

Xətai rayonunda gənc oğlan bıçaqlanıb

Hadisə NZS qəsəbəsində baş verib

Ötən gecə paytaxtın Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, NZS qəsəbəsində 29 yaşlı Səbuhi İsmayıl oğlu Əhmədov naməlum şəraitdə bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Döş qəfəsindən çoxsaylı kəsilmiş-deşilmiş yaralar alan S.Əhmədovun vəziyyəti ağırdır.

Hazırda Xətai Rayon Polis İdarəsində hadisənin səbəbləri araşdırılır.