Bərdədə traktorla minik maşını toqquşub, bir nəfər xəsarət alıb - FOTO


Sosial 13 Okt 2017 22:51:48 316 0

Bərdədə traktorla minik maşını toqquşub, bir nəfər xəsarət alıb - FOTO

Qəza rayonun Kətəlparaq kəndində qeydə alınıb

Bərdə rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, qəza rayonun Kətəlparaq kəndində qeydə alınıb.

Tərtər sakini, 24 yaşlı Mirseyidli Mirseymur idarə etdiyi "VAZ-21099" markalı avtomobil ilə Bərdə sakini, 1956-cı il təvəllüdlü Salmanov Bayram Əli oğlunun sükanı arxasında olduğu "Belarus" markalı traktor toqquşub.

Nəticədə M.Mirseyidli ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.