AMEA-nın professoru vəfat edib


Sosial 13 Okt 2017 09:32:45 343 0

AMEA-nın professoru vəfat edib

Mayis Qasımov “Şahtaxtı” xeyriyyə cəmiyyətinin fəal üzvlərindən olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) professoru vəfat edib.

"Report"un məlumatına görə, akademiyanın Botanika İnstitutunun elmi işçisi, biologiya elmləri doktoru Mayis Qasımov dünyasını dəyişib.

Qeyd edək ki, M.Qasımov 1939-cu ildə Naxçıvanda, indiki Kəngərli rayonunun Şahtaxtı kəndində dünyaya gəlib. O,“Şahtaxtı” xeyriyyə cəmiyyətinin fəal üzvlərindən olub.