Füzuli rayonunda tank və top mərmiləri aşkar edilib - YENİLƏNİB


Sosial 13 Okt 2017 03:18:00 409 0

Füzuli rayonunda tank və top mərmiləri aşkar edilib - YENİLƏNİB

Mərmilər zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb

Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində 1 ədəd mərmi tapılıb.

“Report” xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik tank mərmisi aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

***02:34

Bakı. 13 oktyabr.