Mingəçevirdə sərnişin avtobusu traktorla toqquşub


Sosial 12 Okt 2017 21:50:59 297 0

Mingəçevirdə sərnişin avtobusu traktorla toqquşub

Hadisə zaman iki nəfər xəsarət alıb

Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Energetik yaşayış massivində, Naxçıvan küçəsində baş verib.

7 saylı şəhərlərarası marşrut üzrə işləyən “Qazel” markalı mikroavtobus traktorla toqquşub. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar - 1981-ci il təvəllüdlü şəhər sakini Paşayev Əhməd Paşa oğlu və 1988-ci il təvəllüdlü şəhər sakini Feyziyev Elman İmran oğlu dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.