Azərbaycan gömrükçüləri yağ qutularında papiros aşkar edib


Sosial 12 Okt 2017 14:12:52 324 0

Azərbaycan gömrükçüləri yağ qutularında papiros aşkar edib

Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postundan keçməklə Rusiyadan Azərbaycana gələn ölkə vətandaşının əl yüklərinə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, bu zaman vətəndaşa məxsus yağ qutularındakı yağların altından ümumi sayı 126 qutu olan "Belomorkanal" markalı papiroslar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.