Paltaryuyana sığmayan yorğanı yumağın asan üsulu
Digərləri 23 Noy 2025 01:05:00 42 0
Paltaryuyana yerləşməyən iri və həcimli yorğanların necə təmizlənəcəyi ilə bağlı ekspert məsləhətləri yenidən gündəmə gəlib. Tekstil mütəxəssislərinin hazırladığı bələdçilərə görə, düzgün üsul tətbiq edildikdə həm yorğan tam təmizlənir, həm də forması qorunur.
Bu xəbəri də oxu: Eyni tamaşa, iki fərqli obraz – Ramiz Mehdiyev Gültəkin Hacıbəylini necə müxalifətçiyə
Son.az xəbər verir ki, mütəxəssislər bildirir ki, xüsusilə elyaflı və qaz tükü yorğanlar paltaryuyana qoyularkən sıxışır və yaxşı təmizlənmir. Bu isə həm iç dolğunun formasını pozur, həm də yuyucu toz qalığının parçaya hopmasına səbəb olur. Peşəkar təmizləməyə ehtiyac qalmadan ev şəraitində tətbiq oluna bilən alternativ üsullar isə getdikcə daha çox tövsiyə edilir.
Yataş, IKEA və Taç kimi markaların qulluq təlimatlarına əsasən, paltaryuyna sığmayan yorğanlar geniş vanna və ya duş kabinəsində əl ilə rahat şəkildə yuyula bilər. Mütəxəssislər yorğanın tam şəkildə suya batırılmasının təmizliyə müsbət təsir etdiyini bildirir.
Vanna üsulu niyə effektivdir?
Parça suyla bərabər şəkildə təmas edir Material sıxılmadan yuyulur Yuyucu toz asan çıxarılır Yorğanın forması qorunurEv gigiyenası üzrə mütəxəssislər yorğanların yuyulmasında maye və yumşaq tərkibli vasitələrdən istifadə etməyi məsləhət görür. Toz formalı təmizlik vasitələri yaxşı həll olmadıqda iç dolğuya zərər verə bilər. Otaq temperaturunda su isə həm parçanı yormur, həm də dolğunun strukturunu qoruyur.
Vannanı otaq temperaturunda su ilə doldurun. Az miqdarda maye vasitə əlavə edin. Yorğanı tamamilə suya batırın və bir neçə dəqiqə gözləyin. Ləkəli hissələri yüngül şəkildə ovun. Ən az iki dəfə durulayın ki, yuyucu vasitə qalığı tam çıxarılsın.Mütəxəssislər xəbərdarlıq edir ki, durulama mərhələsi düzgün aparılmasa həm pis qoxu yaranır, həm də parça zamanla sərtləşir.
Kəklikotu həm təbii müalicə vasitəsi, həm də ədviyyat kimi geniş istif
Naibə Allahverdiyeva keçmiş ərinin ona tətbiq etdiyi psixoloji təzyiqlərd
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli b�
Türkiyədə dənizə düşən mikroavtobus sürücüsü qəzadan xəsarət alma
Paytaxtda hər addımbaşı nar şirəsinin sıxılaraq satılmasına rast gəli
Sosial şəbəkələrdə, xüsusilə "TikTok"da süni intellekt vasit�
Xalq artisti Səidə Quliyevanın oğlu Fərhaddan danışıb.
Türkiyənin Adıyaman bölgəsində tələbələrin qaldığı KYK (Kredit və
Xətai rayonunda 63 yaşlı kişi evdən iş adı ilə çıxıb geri qayıtmayı
Astanada təşkil olunan beynəlxalq musiqi müsabiqəsinin final mərhələsi g
Son.az 23 noyabr üçün günün ulduz falını təqdim edir:
Xəbər verdiyimiz kimi, noyabrın 19-da Bakıda yerləşən "Təmiz Dünya
Son illər Azərbaycanda breket istifadəsi gənclər arasında sürətlə popul
Türkiyənin Sakarya bölgəsində yerləşən cəzaçəkmə müəssisəsində a
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küç�
