Süni intellektlə yaradılan mahnılar müəllif hüquqlarını pozur? AÇIQLAMA
Digərləri 23 Noy 2025 00:32:00 50 0
Sosial şəbəkələrdə, xüsusilə "TikTok"da süni intellekt vasitəsilə məşhur mahnıların başqa tərzdə yenidən hazırlanması son aylarda geniş yayılıb. Bu cür videolar bəzən fərqli ifaçıların səsi ilə, bəzən isə tamamilə yeni aranjmanla təqdim olunur. Lakin bu trend bir çox hallarda müəllif hüquqları ilə bağlı ciddi suallar doğurur.
Bu xəbəri də oxu: Eyni tamaşa, iki fərqli obraz – Ramiz Mehdiyev Gültəkin Hacıbəylini necə müxalifətçiyə
Məsələ ilə bağlı vəkil Araz Nurməmmədov Son.az-a açıqlamasında bildirib ki, süni intellekt vasitəsilə mövcud mahnının başqa tərzdə aranjman olunması və ya fərqli ifaçının səsi ilə yenidən işlənməsi müəllif hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi xüsusilə "Müəlliflik hüququ və əlaqədar hüquqlar haqqında" Qanun ümumi olaraq bir neçə əsas prinsipə əsaslanır:
1.İstənilən yenidən işləmə üçün icazə tələb olunur. Musiqi əsərinin aranjiman edilməsi, dəyişdirilməsi, başqa tərzdə ifa olunması yalnız müəllifin və ya hüquq sahibinin razılığı ilə mümkündür.
2.Əgər sosial şəbəkələrdə yayılan bu cür videolar səhifəyə reklam və ya populyarlıq vasitəsilə gəlir gətirirsə bu, hüquq pozuntusunun daha ciddi formada qiymətləndirilməsinə səbəb olur.
3.Texnologiyanın növü hüquqi yanaşmanı dəyişmir. Qanunvericilik əsərin insan tərəfindən, yoxsa süni intellekt vasitəsilə yenidən işlənməsinə fərq qoymur. Əsas məsələ ilkin əsərin icazəsiz istifadəsi və törəmə əsərin yaranmasıdır.
Vəkil qeyd edib ki, süni intellekt tərəfindən hazırlanmış, lakin orijinal mahnının əsas melodik və kompozisiya elementlərini saxlayan aranjimanlar müəllifin razılığı olmadan yaradılıbsa, qeyri-qanuni törəmə əsər hesab olunur.
Nəzərə çatdırıb ki, "TikTok" kimi platformalar adətən müəllif hüquqları sahibinin müraciəti əsasında belə videoları və ya səhifələri silir.
Araz Nurməmmədov bildirib ki, bir çox ölkədə süni intellektin müəllif hüquqları ilə qorunan materiallar üzərində öyrədilməsi və Sİ vasitəsilə yaradılan kontentin hüquqi statusu ilə bağlı yeni qanunvericilik hazırlanır:
"Azərbaycan qanunvericiliyi hələ bu mövzuya dair xüsusi normalar müəyyən etməsə də, məsələyə müəlliflik hüququ prizmasından yanaşmaq zəruridir. Bu sahənin dəqiq qaydalarla tənzimlənməməsi gələcəkdə məhkəmə çəkişmələrini artırmaqla yanaşı, müəllif hüquqlarının daha geniş şəkildə pozulmasına səbəb ola bilər".
Mina Mikayılova Son.az
Xalq artisti Səidə Quliyevanın oğlu Fərhaddan danışıb.
Türkiyənin Adıyaman bölgəsində tələbələrin qaldığı KYK (Kredit və
Xətai rayonunda 63 yaşlı kişi evdən iş adı ilə çıxıb geri qayıtmayı
Astanada təşkil olunan beynəlxalq musiqi müsabiqəsinin final mərhələsi g
Son.az 23 noyabr üçün günün ulduz falını təqdim edir:
Xəbər verdiyimiz kimi, noyabrın 19-da Bakıda yerləşən "Təmiz Dünya
Son illər Azərbaycanda breket istifadəsi gənclər arasında sürətlə popul
Türkiyənin Sakarya bölgəsində yerləşən cəzaçəkmə müəssisəsində a
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küç�
Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində bir sıra tanınmı
ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişə bu və ya dig
Ötən gün Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğı
Əməkdar artist Hüsniyə Mürvətova arxiv fotosunu izləyiciləri ilə bölü
Android cihazları üçün aşkar edilən yeni "Sturnus" virusu "
