Azərbaycan gömrükçüləri pirotexniki vasitələr aşkar ediblər


Sosial 11 Okt 2017 09:52:04 342 0

Azərbaycan gömrükçüləri pirotexniki vasitələr aşkar ediblər

Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin 4 qapısının hər birinin örtüklərinin arxasından üzərində "Mega Black Devil P23" sözləri yazılan və hər birində 40 ədəd olmaqla 36 qutu pirotexniki vasitə- petarda, üzərində "Sterminator" sözləri yazılan hər birində 12 ədəd olmaqla 37 qutu fişəng aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.