Əhmədlidə gənc qızı maşın vurub, vəziyyəti ağırdır


Sosial 11 Okt 2017 06:36:05 442 0

Əhmədlidə gənc qızı maşın vurub, vəziyyəti ağırdır

Hadisə ötən gün baş verib

Ötən gün Bakının Xətai rayonunda piyadanın ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Əhmədli qəsəbəsi, Cəmşid Naxçivanski küçəsində qeydə alınıb.

24 yaşlı Nigar Natiq qızı Hüseynova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən onu sürücüsü məlum olmayan minik avtomobili vurub. Ağır kəllə-beyin travması alan yaralını sürücü xəstəxanaya aparıb. Zərərçəkmişin vəziyyəti ağır olduğu üçün həkimlər onu reanimasiya şöbəsinə yerləşdirib.

İlkin araşdırmalara görə, qəzanın baş verməsinə piyadanın öz məsuliyyətsizliyi səbəb olub.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.