Bərdə sakini ehtiyatsızlıqdan qolunu kəsib


Sosial 10 Okt 2017 19:16:48 355 0

Bərdə sakini ehtiyatsızlıqdan qolunu kəsib

Onun vəziyyətinin ağır olduğu bildirilir

Bərdə şəhər sakini ehtiyatsızlıqdan qolunu laqunda ilə kəsib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Təbriz küçəsində baş verib.

Belə ki, şəhər sakini, 1940-cı il təvəllüdlü Ağa Cəlil oğlu Məmmədov həyətində laqunda ilə dəmir parçasını doğrayarkən ehtiyatsızlıqdan qolunu kəsib. Kişi yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.