Bakıda namus üstündə qətl törədən Gürcüstan vətəndaşı özünü təqsirli bilib


Sosial 09 Okt 2017 14:46:03 397 0

Bakıda namus üstündə qətl törədən Gürcüstan vətəndaşı özünü təqsirli bilib

Dövlət ittihamçısı ittiham aktını elan edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

 İ.Əhmədov özünü elan olunmuş ittiham üzrə təqsirli bildiyini deyib.

O, Gürcüstan vətəndaşı olduğunu, 9 yaşında Bakıya köçdükllərini söyləyib.

Hazırda məhkəmə iclası davam etdirilir.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Suraxanı rayonunun Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İlkin Səməd oğlu Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial Elzibar oğlu İsmayılovu qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, İ.Əhmədov uzun müddətdir, F.İsmayılovun evində kirayədə yaşayıb. İ.Əhmədov ev sahibi F.İsmayılovun həyat yoldaşı ilə münasibətlərindən şübhələnib. Sonra onları münasibətdə olarkən yaxalayıb. Nəticədə onların arasında dava düşüb və İ.Əhmədov F. İsmayılovu qətlə yetirib.

Hadisəni törədən İ.Əhmədov saxlanılıb.