Bərdədə yeniyetməni maşın vurub


Sosial 08 Okt 2017 16:58:10 262 0

Bərdədə yeniyetməni maşın vurub

Hadisə rayonun Sabir küçəsində baş verib

Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, Sabir küçəsi ilə hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən 16 yaşlı rayon sakini Yusifli Üzeyir Emin oğlunu vurub.

Ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.