Yol polisinə tabe olmayan məmur
Digərləri 21 Noy 2025 18:41:00 58 0
Goranboyda yol polisinə tabe olmayan sürücü həbs olunub.
Bu xəbəri də oxu: Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər FOTO
Son.az lent.az-a istinadən bildirir ki, hadisə rayonun Şahməmmədli kəndi ərazisində baş verib.
57 yaşlı Vəfadar Quliyevin (ad və soyad şərtidir) idarə etdiyi avtomobilin ön dövlət qeydiyyat nişanı standartlara uyğun gəlmədiyi üçün yol polisi tərəfindən ona "saxla" əmri verilib. Bu zaman onunla yol polisi əməkdaşları arasında mübahisə yaranıb və o, əməkdaşa "gedin işinizlə məşğul olun, siz kimsiniz?" deyib. Daha sonra ona avtomobilinin duracağı aparılacağı bildirilib və Vəfadar yenə etiraz edərək nalayiq ifadələr işlədib. Nəticədə o, saxlanılaraq, Goranboy rayon Polis Şöbəsinə aparılıb.
Fakt əsasında onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis yaxud hərbçinin qanuni tələbinə tabe olmamaq) maddələri ilə protokol tərtib olunub.
Barəsində inzibati xəta üzrə icraat aparılan Vəfadar Quliyev bildirib ki, Goranboy rayon Statistika idarəsinin əməkdaşıdır:
"Səhər saat 9 radələrinə yol polisləri mənə "saxla" işarəsi verdilər. Lakin mən avtomobili dərhal yox, 30 metr sonra saxladım. Yol polisi əməkdaşı avtomobilimin ön nömrəsi standartlara uyğun gəlmir deyəndə əsəbiləşib, dedim ki, gedin işinizlə məşğul olun siz kimsiniz? Bundan sonra aramızda mübahisə böyüdü. Qərara alındı ki, maşınımı duracağa aparsınlar. Bu zaman da etiraz edərək onların tələbinə tabe olmadım".
Vəfadar Quliyev əməlindən çox peşman olduğunu deyib. O, aqressiv davranışını yaşı və şəkər xəstəliyi ilə əlaqələndirib.
Goranboy rayon Məhkəməsinin qərarı ilə onun barəsində 10 gün müddətinə inzibati həbs cəzası verilib. Son.az
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Xaricdə yaşayan blogerlər Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmməd
Noyabrın 25-də Azərbaycan Milli Xalça Muzeyində "Kəlağayının yeni
"Soyuq mühərrikdə porşenlərin səs eləməsinin səbəbi onun temperat
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
Məşhur türkiyəli müğənni Koray Avcı səs-küylü İstanbul səhnəsində
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma
Ümumdünya Səhiyyə Təşkilatının INFOSAN şəbəkəsindən daxil olan rəs
Rəsmi Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskinin noyabrın 27-nə qəd
Heydər Əliyev Fondunun və Azərbaycan Animasiya Assosiasiyasının təşkilat
2025-ci ilin ilk 10 ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi t�
Əməkdar artist Bəhram Bağırzadə sənətdən getdiyini açıqlayıb.
Noyabr ayının 18-də "Azərxalça" ASC, Azərbaycanın Albaniyadakı
Son günlər paytaxtın müxtəlif küçə və prospektlərində Azərbaycan Yer
