Milli Xalça Muzeyi və “Gulnara Khalilova” moda evi “Kəlağayının yeni hekayəsi” layihəsi təqdim edəcək
Kriminal 21 Noy 2025 18:07:00 63 0
Noyabrın 25-də Azərbaycan Milli Xalça Muzeyində "Kəlağayının yeni hekayəsi" layihəsinin təqdimatı keçiriləcək. Tədbir Azərbaycan kəlağayısının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 11-ci ildönümünə həsr olunacaq. Layihə çərçivəsində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, "CİZGİ" brendinin yaradıcısı, dizayner Gülnarə Xəlilovanın "İpəyin sehri" geyim kolleksiyası nümayiş etdiriləcək. Gülnarə Xəlilovanın yeni kolleksiyası kəlağayının dərin mənalarını müasir moda dilinin incə estetikası ilə birləşdirərək ipəyin ən parlaq və poetik çalarlarını üzə çıxarır. Geyimlərdəki hər bir naxış, rəng keçidi kəlağayının qadın taleyi, mədəni yaddaş və milli kimliklə bağlılığını göstərir. Burada həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçilmiş tarixi və müasir kəlağayılar təqdim olunacaq, muzeyin əməkdaşları tərəfindən kəlağayının hazırlanması üzrə ustad dərsi keçiriləcək. Kəlağayının əsrlər boyu daşıdığı ruhu bu günün yaradıcı enerjisi, estetik baxışı və düşüncə tərzi ilə harmonik şəkildə bir araya gətirən təqdimat qədim irsimizin yalnız keçmişə aid mədəni miras deyil, daim inkişaf edən, yeni məna qazanan sənət dili olduğunu bir daha göstərəcək. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və "Gulnara Khalilova" moda evinin əməkdaşlığı ilə baş tutacaq.
Bu xəbəri də oxu: Azərbaycanda ilk dəfə – Çin Sirki “Santa və Qızıl Əjdaha” Circus Sea Breezedə Yeni İl Şousu
"Soyuq mühərrikdə porşenlərin səs eləməsinin səbəbi onun temperat
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
Məşhur türkiyəli müğənni Koray Avcı səs-küylü İstanbul səhnəsində
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma
Ümumdünya Səhiyyə Təşkilatının INFOSAN şəbəkəsindən daxil olan rəs
2025-ci ilin ilk 10 ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi t�
Əməkdar artist Bəhram Bağırzadə sənətdən getdiyini açıqlayıb.
Noyabr ayının 18-də "Azərxalça" ASC, Azərbaycanın Albaniyadakı
Son günlər paytaxtın müxtəlif küçə və prospektlərində Azərbaycan Yer
Türkiyə Jandarm Kriminal Laboratoriyası Azərbaycan-Gürcüstan sərhədində
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna rəhbər
"Təsir dairəsi" verilişində yaşlı kişinin iddiası hər kəsi h
Türkiyədə yayımlanan "Veliaht" serialının növbəti bölümünd�
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdi
