"Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşını qatar vurub


Sosial 05 Okt 2017 23:18:27 609 0

"Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşını qatar vurub

Yaralı qapalı kəllə-beyin travması alıb

"Azərbaycan Dəmir Yolları" QSC-də fəhlə işləyən kişini teplovoz vurub.

"Report" xəbər verir ki, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində 1954-cü il təvəllüdlü Quliyev İslam Məhəmməd oğlu dəmir yol relsləri üzərində təmir işləri aparan zaman baş verib.

Yaralı qapalı kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi araşdırır.