Gəncədə 34 yaşlı kişi bıçaqlanıb


Sosial 03 Okt 2017 20:57:55 402 0

Gəncədə 34 yaşlı kişi bıçaqlanıb

Faktla bağlı araşdırma aparılır

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib. 

Belə ki, Gəncə şəhər sakini, 1983-cu il təvəllüdlü İlham İsa oğlu Qarayev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.