“Gülçöhrə və Əsgər” tamaşasının premyerası olub


Kriminal 19 Noy 2025 00:56:00 81 0

“Gülçöhrə və Əsgər” tamaşasının premyerası olub

Noyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən "Gülçöhrə və Əsgər" tamaşasının premyerası olub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak edib, tamaşanı izləyiblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Gülçöhrə və Əsgər" ikihissəli musiqili dramı dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərinin davamıdır.

Yeni səhnə əsərinin bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev jurnalistlərə açıqlamasında tamaşaya fərqli yanaşma olunduğunu diqqətə çatdırıb. "Bu əsər "Arşın mal alan"dan fərqli olaraq xoşbəxt sonluqla bitmir. Süjet gözlənilməzdir və tamaşaçını daim diqqətdə saxlayır. Bu səbəbdən həm maraqlı, həm də dəyərli təcrübə oldu", - deyə bəstəkar əlavə edib.

Həm "Arşın mal alan", həm də "Gülçöhrə və Əsgər" tamaşalarında Əsgər obrazının ifaçısı, Prezident mükafatçısı Səmədzadə Xasiyev vurğulayıb ki, rolların ikisi də xarakterikdir. Yaradıcı heyətin tamaşa üzərində uzun müddət çalışdığını bildirən aktyor deyib: "Əsgərin musiqili komediyadakı şən və romantik tərəfi və yeni əsərdəki dramatik taleyi aktyor kimi mənə geniş ifadə imkanları yaradır. Bu rol üzərində işləmək həm məsuliyyətli, həm də yaradıcı baxımdan dəyərlidir. Əsgər və Gülçöhrə tarixin qaranlıq və sərt dönəmlərində yaşadıqları sarsıntılar fonunda bütöv bir dövrün mənzərəsini yaradırlar. Əsgərin Sibirdə keçirdiyi məşəqqətli illər, Gülçöhrənin isə ümidsizlik içində onu gözləməsi təkcə nakam sevgi hekayəsi deyil, həm də bir xalqın yaddaşını, mübarizliyini və sarsılmaz ruhunu əks etdirən bədii salnamədir".

İkihissəli musiqili dramda Telli obrazını canlandıran Elnarə Nağdəliyeva qeyd edib ki, o, mərhəmətli və şən qadındır. "Obrazın daxili gücünü və yumşaq xarakterini tamaşaçıya çatdırmağa çalışdım. Telli obrazı ağasına və xanımına sadiqliyi ilə seçilir. Bütün gərginliyə, təhlükələrə və çətinliklərə baxmayaraq, o, xanımını və bəyini tək qoymur, onlarla birlikdə İrana, İstanbula, sonra isə Fransaya qədər uzanan çətin yola çıxır", - deyə aktrisa əlavə edib.

Evinizdəki kifin səbəbi məlum oldu  Dərhal yerini dəyişdirin like
  • 19 Noy 00:47  
Digərləri Evinizdəki kifin səbəbi məlum oldu Dərhal yerini dəyişdirin

Soyuq havaların təsirini artırdığı son günlərdə bir çox evdə eyni pro

arrow Ətraflı
Zaurun anası ilə VİDEOSU hər kəsi təsirləndirdi like
  • 19 Noy 00:35  
Şou-biznes Zaurun anası ilə VİDEOSU hər kəsi təsirləndirdi

Aparıcı Zaur Baxşəliyev anası Dilavər Baxşəliyeva ilə bağlı paylaşı

arrow Ətraflı
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi keçirilib like
  • 19 Noy 00:29  
Kriminal "Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi keçirilib

Noyabrın 18-də "LIBRAFF" kitab mağazaları şəbəkəsinin "Pa

arrow Ətraflı
Çelik səhnədə yıxıldı  VİDEO like
  • 19 Noy 00:24  
Digərləri Çelik səhnədə yıxıldı VİDEO

"Hercai" və "Dilberim" kimi hitləri ilə tanınan türkiy�

arrow Ətraflı
Niyə Azərbaycanda saytlar birdənbirə çökdü? like
  • 19 Noy 00:12  
Digərləri Niyə Azərbaycanda saytlar birdənbirə çökdü?

Məlum olduğu kimi, bu gün bir neçə saatlıq yerli saytların işində probl

arrow Ətraflı
Günün qoroskopu: İşdə eşq başlayacaq like
  • 19 Noy 00:01  
Digərləri Günün qoroskopu: İşdə eşq başlayacaq

Son.az 19 Noyabr üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı
Bir zamanların məşhur aktyoruna şizofreniya diaqnozu qoyuldu like
  • 18 Noy 23:45  
Şou-biznes Bir zamanların məşhur aktyoruna şizofreniya diaqnozu qoyuldu

Yeşilçam filmlərinin tanınmış aktyorlarından Necati Bilgiçə şizofreniy

arrow Ətraflı
Avtobus zolağına girən sürücülərin nəzərinə like
  • 18 Noy 23:32  
Digərləri Avtobus zolağına girən sürücülərin nəzərinə

Şəhər yollarında avtobus zolağına qaydalardan kənar daxil olan nəqliyyat

arrow Ətraflı
"WhatsApp"da bir neçə hesabı eyni anda işlətmək olacaq like
  • 18 Noy 23:17  
Digərləri "WhatsApp"da bir neçə hesabı eyni anda işlətmək olacaq

"WhatsApp" iOS istifadəçiləri üçün təqdim etdiyi beta versiyada

arrow Ətraflı
"Atam sonuncu dəfə əlimi sıxdı, alnımdan öpdü" like
  • 18 Noy 23:00  
Kriminal "Atam sonuncu dəfə əlimi sıxdı, alnımdan öpdü"

Xəbər verdiyimiz kimi, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Ə

arrow Ətraflı
Tramp özündən çıxdı: “Dəhşətli bir insansan, üz qarasısan” like
  • 18 Noy 22:42  
Digərləri Tramp özündən çıxdı: “Dəhşətli bir insansan, üz qarasısan”

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd

arrow Ətraflı
Bıçaqlanaraq öldürülən 15 yaşlı yeniyetmənin like
  • 18 Noy 22:39  
Digərləri Bıçaqlanaraq öldürülən 15 yaşlı yeniyetmənin

Ötən axşam Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində 2010-cu il

arrow Ətraflı
Xatirə İslamdan ittihamlara cavab  “Mən o adam deyiləm” like
  • 18 Noy 22:09  
Şou-biznes Xatirə İslamdan ittihamlara cavab “Mən o adam deyiləm”

"Musiqiyə, səsə, sənətə dəyər verən Azərbaycan xalqına minnətda

arrow Ətraflı
D vitaminini kim hansı formada qəbul etməlidir?  Açıqlama like
  • 18 Noy 22:00  
Digərləri D vitaminini kim hansı formada qəbul etməlidir? Açıqlama

Yaşlı insanlarda vitamin D çatışmazlığı varsa, yağlı formasından deyi

arrow Ətraflı