Təyyarə qəzasında şəhid olan türkiyəli hərbçilərin Gəncədə son günü VİDEO
Digərləri 18 Noy 2025 12:55:00 61 0
Gürcüstanda təyyarə qəzasında şəhid olan Türkiyə Hərbi Hava Qüvvələrinin baş çavuşu Emre Sayın və həmkarları Gəncədə olduqları müddətdə sakinlərlə səmimi söhbətlər edib, dostluq münasibətləri qurublar.
Bu xəbəri də oxu: Yaponlar yastığın yanına mandarin qoymadan yatmır:
Son.az xəbər verir ki, sakinlər bu barədə "İctimai TV"yə danışıblar.
Sakinlərdən Vüqar Əliyev bildirib ki, Emre Sayın və həmkarları Gəncəni gəzib, övladları üçün hədiyyələr alıbmışlar: "Bizə dedi ki, Türkiyə Hərbi Hava Qüvvələrindən gəlmişik, buranın qonağıyıq. Biz isə ona buranın yox, elə bizim qonağımız olduqlarını dedik. Adam danışdıqca, həqiqətən, pis olur. Axşam saat 8-9 arası idi, görüşdük, söhbətləşdik. Sanki 10 ildir bir-birimizi tanıyırdıq. Maşınla Gəncəni gəzdik. Sonra onları Hacıkəndə, Topalhəsənliyə, Göygölə apardıq. Emre qardaşımız deyirdi ki, onun ikiaylıq körpəsi var. Üç övladı olduğunu söylədi. Bildirdi ki, ikiaylıq körpəsinə maraqlı hədiyyə almaq istəyir. Buradan çanta, Göygölün suvenirlərini, Azərbaycan Bayrağını, Gerbini aldı".
Digər Gəncə sakini Elnur Bağırov isə qeyd edib ki, Emre Sayın ona Türkiyə Ordusu ilə bağlı hədiyyə verib: "Eşidəndə ki, belə hadisə baş verib, inana bilmədim. Söz tapa bilmirəm. Allah Emre qardaşımız, Cem Dolabçı qardaşımız olmaqla, bütün şəhidlərimizə rəhmət eləsin. Ailələrinə səbir diləyirəm. Onların kədəri bizim kədərimizdir".
Qeyd edək ki, noyabrın 11-i Gürcüstanda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 20 hərbçi şəhid olub.
Ətraflı videomaterialda:
Xəbərə aid video
Xəbər verdiyimiz kimi, Almaniyadan Türkiyəyə tətilə gələn ailənin büt
Türk musiqisinin "İmperator"u İbrahim Tatlıses "Yeni il"
Xəbər verdiyimiz kimi, tanınmış aktyor, Əməkdar artist və Şuşa Dövlə
Rusiyada yaşayan kişi uzun müddət münasibət yaşadığı sevgilisinin pasp
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov uzun müddət s
Hövsan Yaşayış Kompleksinin I və II mərhələlərində, Sumqayıt, Lənkə
Xalqların taleyi bəzən ağrılı, fəlakətli tufandan salamat çıxmış gə
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "Baku E
Model Günay Musayeva aktrisa Pərvin Abıyevanın "Türkiyədən təklif a
Ölkə üzrə epizootik sabitliyin təmin edilməsi məqsədilə peyvəndləmə
Yetişkin məzmunlu kontent tərtibçisi 2021-ci ildə uşaqkən qaçırıldığ
