Yaddaşlarda “Aşıq Yediyar” kimi qalan əməkdar artist kim idi? VİDEO FOTO
Şou-biznes 18 Noy 2025 12:40:00 64 0
Xəbər verdiyimiz kimi, tanınmış aktyor, Əməkdar artist və Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov dünyasını dəyişib.
Bu xəbəri də oxu: "Oğlumun İspaniyada 300 minlik evi VAR"
Milli.az mərhum sənətkarın həyat və yaradıcılığı ilə bağlı geniş məlumatı sizə təqdim edir:
Kim idi Yadigar Muradov?
Yadigar Muradov Azərbaycan teatr və televiziya sənətinin tanınmış simalarından biri, uzun illər Şuşa Dövlət Musiqili Dram Teatrına rəhbərlik etmiş Əməkdar artist idi.
O, 18 dekabr 1958-ci ildə Ağdam rayonunda anadan olub. 1980-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.Yaradıcılığa Ağdam Dövlət Teatrında başlayıb. Daha sonra Şuşa Mədəni-Maarif Texnikumunda aktyorluq və səhnə danışığı dərsləri verib.1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradıldıqdan sonra Yadigar Muradov bu teatrın direktoru vəzifəsini icra edib və uzun illər teatrın inkişafında mühüm rol oynayıb.
Sənətkarın sənət fəaliyyəti yüksək qiymətləndirilib - ona "Əməkdar artist" fəxri adı verilib, həmçinin "Tərəqqi" medalı ilə təltif olunub.
"Qulp" verilişindəki unudulmaz obrazları
Yadigar Muradov geniş tamaşaçı auditoriyasına xüsusilə ANS kanalında yayımlanan məşhur "Qulp" verilişi ilə tanış idi.
Sənətkar illər əvvəl bu proqramın daimi iştirakçısı kimi, teatrın digər aktyorları ilə birlikdə bir çox maraqlı personajlar yaradıb. O dövr üçün aktual olan sosial və siyasi mövzulara satirik yanaşmaları ilə tamaşaçıların rəğbətini qazanmışdı. XX əsrin sonlarında ölkədə ən çox izlənən verilişlərdən olan "Qulp"dakı çıxışları Yadigar Muradovun populyarlığını daha da artırmışdı. Xüsusilə Qarabağ məsələsi ilə bağlı siyasi proseslərin uzanmasına həsr etdiyi satirik mahnılar həmin dövrdə cəmiyyətdə böyük təsir doğururdu.
Yadigar Muradov ailəli idi və üç övladı var. Oğullarından biri, Yaşar Muradov Salyan Dövlət Kukla Teatrının direktorudur, digər oğlu Üzeyir Muradov isə həkimdir.
Sənətkar uzun müddət onkoloji xəstəliklə mübarizə aparırdı. Oktyabr ayında vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.
Allah rəhmət eləsin!
Fidan Son.az
Rusiyada yaşayan kişi uzun müddət münasibət yaşadığı sevgilisinin pasp
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov uzun müddət s
Hövsan Yaşayış Kompleksinin I və II mərhələlərində, Sumqayıt, Lənkə
Xalqların taleyi bəzən ağrılı, fəlakətli tufandan salamat çıxmış gə
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "Baku E
Model Günay Musayeva aktrisa Pərvin Abıyevanın "Türkiyədən təklif a
Ölkə üzrə epizootik sabitliyin təmin edilməsi məqsədilə peyvəndləmə
Yetişkin məzmunlu kontent tərtibçisi 2021-ci ildə uşaqkən qaçırıldığ
2025-ci ilin bitməyinə 1 ay qalıb. Çoxlarını 2026-cı ilin nə ili olacağ
Qazaxıstanın Türküstan vilayətində ikimərtəbəli fərdi yaşayış evind
Prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs�
