Məşhur müğənni qocalar evində boğularaq öldürüldü
Şou-biznes 16 Noy 2025 00:46:00 67 0
İspan müğənni və aktrisa Enkarnita Polo 86 yaşında vəfat edib. Onun ölümü Aviladakı bir qocalar evində baş verib.
Bu xəbəri də oxu: Azərbaycanlı aktrisa çimərlik geyimində də FOTOsunu yaydı
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Polo başqa bir sakin tərəfindən boğularaq öldürülüb.
Milli Polis hadisə ilə bağlı araşdırma aparır. İlkin məlumatlara görə, sənətçi eyni qocalar evində yaşayan 80 yaşlı bir kişi tərəfindən qətlə yetirilib. İstintaq Avila Polisi və Məhkəmə Polisi tərəfindən birgə həyata keçirilir.
Sevilyada doğulan Polo karyerasına 10 yaşında radio müsabiqəsində qalib gələrək başlayıb. Daha sonra Barselonaya köçüb və burada bir çox bələdiyyə festivallarında, filmlərdə və televiziya proqramlarında çıxış edib. 1960-cı illərdə musiqidə yüksəliş yaşayan Polo İtaliyada da populyarlıq qazanıb. 1960-1970-ci illərdə "Paco, Paco, Paco" mahnısı ilə şöhrət qazanan Polo flamenko-pop və kopla janrlarında önəmli bir fiqur idi.
Son illərdə Polo xərçəng müalicəsi alıb və 2012-ci ildə maliyyə çətinlikləri ilə üzləşib. Ölümündən sonra qızı Rakel Vaytzman Polo ailə adından başsağlığı mesajı yayıb: "Anam gücü, sevinci və unikal xarakteri ilə mənim üçün hər şey idi".
O, bu çətin dövrdə ailənin şəxsi həyatına hörmət olunmasını xahiş edib. Son.az
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Türkiyənin Muğla şəhərində şəhid Emrah Kuranın dəfn mərasimində gü
Daşınmaz əmlak bazarında qiymət artımı tendensiyası davam edir.
Gələn il işsizliyə görə sığorta ödənişi artırılacaq.
Birləşmiş Millətlər Təşkilatı Suriya lideri Əhməd əş-Şaraanın adı
Son.az 15 noyabr üçün günün ulduz falını təqdim edir:
Dabaq xəstəliyinin yaratdığı ajiotaj nəticəsində heyvan ətinin qiyməti
Pakistanda fişəng istehsalı ilə məşğul olan müəssisədə baş verən pa
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində dünya şöhrə
15 noyabr 2025-ci il, saat 21:29-da Egey Dənizində, Çanakkalə sahillərinin
Türkiyənin Beşiktaş ərazisində metro tikintisi zamanı çökmə baş veri
Müğənni Rüfət Axundov bu gün vəfat edən dayısı Xalq artisti Yaşar Nu
İmişlidə yerləşən çınqıl karxanasında bədbəxt hadisə baş verib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 15-də Daşkənddə Mərkə
"Niyə ikinci dəfə ailə qurmamağımla bağlı mənə çox sual verirlə
