"Bu vaxta qədər düz yaşamamışam" Vəfa Zeynalova sirlərini etiraf etdi
Şou-biznes 16 Noy 2025 00:37:00 61 0
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Bu xəbəri də oxu: "Harry Potter" in ulduzunun əşyaları hərraca çıxarıldı
Son.az xəbər verir ki, proqramın budəfəki buraxılışının qonağı Əməkdar artist, aktrisa Vəfa Zeynalova olub.
O, canlandırdığı obrazlardan, kafe açmağın onun həyatına gətirdiyi dəyişikliklərdən, övladları ilə münasibətindən, eləcə də gənc qalmasının sirlərindən danışıb.
Biznesi ilə bağlı sualı cavablandıran Əməkdar artist qeyd edib ki, kafe işlətməyə başlayandan sonra insanlarla ünsiyyətdə olmağın nə qədər vacib olduğunu anlayıb:
"Gün ərzində bir neçə nəfərlə ünsiyyətdə olduqdan sonra gördüm ki, bu vaxta qədər düz yaşamamışam. Sən demə insanlarla ünsiyyətdən qaçmaq lazım deyilmiş. Onların dərdlərini, problemlərini, fikirlərini, həyata baxışlarını dinləmək məni çox dəyişdi".
Uşaqların tərbiyəsində valideynlərin roluna da münasibət bildirən aktrisa söyləyib ki, onlara "yox" sözünü deməyi bacarmaq lazımdır:
"Özüm də qadağalarla böyümüşəm. Bilmişəm ki, nəyi etmək olar, nəyi yox. Rəfiqələrim evimə qonaq gələndə, uşaqlarımın bizim söhbətimizə müdaxilə etməyə ixtiyarları yox idi. İndi isə görürəm ki, hansısa rəfiqəmlə söhbət edəndə, onların uşaqları bizə imkan vermir. Qoy mənə "geridəqalmış" desinlər, amma uşaq öz yerini bilməlidir". Son.az
Türkiyənin Muğla şəhərində şəhid Emrah Kuranın dəfn mərasimində gü
Daşınmaz əmlak bazarında qiymət artımı tendensiyası davam edir.
Gələn il işsizliyə görə sığorta ödənişi artırılacaq.
Birləşmiş Millətlər Təşkilatı Suriya lideri Əhməd əş-Şaraanın adı
Son.az 15 noyabr üçün günün ulduz falını təqdim edir:
Dabaq xəstəliyinin yaratdığı ajiotaj nəticəsində heyvan ətinin qiyməti
Pakistanda fişəng istehsalı ilə məşğul olan müəssisədə baş verən pa
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində dünya şöhrə
15 noyabr 2025-ci il, saat 21:29-da Egey Dənizində, Çanakkalə sahillərinin
Türkiyənin Beşiktaş ərazisində metro tikintisi zamanı çökmə baş veri
Müğənni Rüfət Axundov bu gün vəfat edən dayısı Xalq artisti Yaşar Nu
İmişlidə yerləşən çınqıl karxanasında bədbəxt hadisə baş verib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 15-də Daşkənddə Mərkə
"Niyə ikinci dəfə ailə qurmamağımla bağlı mənə çox sual verirlə
Ədliyyə Nazirliyinin Akademiyasında prorektor vəzifəsində işləmiş hüqu
