İmamoğlunun qanunsuz əməllərinin peyk görüntüləri yayıldı
Digərləri 14 Noy 2025 23:23:00 68 0
İstanbulun sabiq meri və hazırda həbsdə olan Ekrem İmamoğlu haqqında Cebeci bölgəsindəki mədən sahələrində genişmiqyaslı qanunsuz qazıntı fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı iddianamə hazırlanıb.
Bu xəbəri də oxu: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin ərazilərin icazəsiz şəkildə hasilat zonalarına çevrildiyi, peyk görüntülərində isə meşəlik sahələrə ciddi şəkildə zərər vurulduğu bildirilir.
İddianaməyə əsasən, İmamoğlu və ona bağlı şəxslərin təzyiq və təhdid yolu ilə mədən sahələrini ələ keçirdiyi, qanunsuz fəaliyyətlərdən əldə edilən gəlirlərin isə xüsusi şirkətlərə yönləndirildiyi qeyd olunub.
Peyk görüntülərinin 2022-2025-ci illər üzrə müqayisəli təhlili nəticəsində ərazidə icazəsiz qazıntıların aparıldığı ortaya çıxıb. Meşə örtüyünün məhv edilməsi və mədən sahələrinin zərər görməsi isə iddianamənin əsas sübutları arasında yer alıb.
Sənəddə iddia olunur ki, 2019-cu ildən sonra İmamoğlunun göstərişi ilə bir qrup şəxs bölgədəki mədən sahələrini "dövlət göndərib" görüntüsü yaradaraq təzyiq və hədə-qorxu yolu ilə ələ keçirməyə başlayıb.
2021-ci ildən etibarən isə İSTAÇ korporasiyasının səlahiyyətində olan qazıntı sahələrinin istifadəsinə imkan verilməyib və bunun əvəzinə Cebecidəki mədən əraziləri İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən qazıntı sahəsi kimi istifadə olunub.
Sumqayıtda uşaq bağçasında bədbəxt hadisə baş verib.
Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi vətəndaşların
BMT-nin Baş katibi Antonio Quterreş Ukraynanın paytaxtı Kiyev şəhərində
Türkiyədə yol qəzasında həlak olan azərbaycanlı jurnalist Emin İbrahimo
Müğənni Ülviyyə Namazova etirafı ilə hər kəsi təəccübləndirib.
Rusiyanın Perm vilayətində, Çerepaxi kəndi yaxınlığında avtomagistralda
Babək rayon Cəhri Qəsəbəsi 1 nömrəli tam orta məktəbin IX sinif şagird
Quba rayonunun Küsnətqazma kəndi yaxınlığında Xınalıq yolunun kənarın
Paytaxtın Nəsimi rayonu Moskva prospektini 76 deyilən ərazidə ilin hər fə
AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC ilə &
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı
Kamran Yunis sənət aləmindəki ciddi problemi gündəmə gətirib.
