Mənzil sahibi olmaq istəyənlərin nəzərinə: Ayda 347 manat...


Digərləri 14 Noy 2025 22:52:00 51 0

Mənzil sahibi olmaq istəyənlərin nəzərinə: Ayda 347 manat...

Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi vətəndaşların aylıq ödəniş etməklə mərhələli şəkildə ev sahibi olmasına imkan yaradır. Bu model həm ilkin yükü azaldır, həm də rahat şərtlərlə yaşayış sahəsinin əldə edilməsini təmin edir.

Son.az Valyuta.az-a istinadən kirayə mənzil üsulu ilə ev almaq istəyənlər üçün əsas sualları və cavabları təqdim edir. Bəs hansı sənədlər lazımdır?

Ev sahibi olmaq üçün müraciət edən şəxslər aşağıdakı ilkin sənədləri təqdim etməlidir:

Gücləndirilmiş elektron imza sertifikatı (e-imza və ya ASAN imza)

Elektron İpoteka və Kredit Zəmanət Sistemində e-imza ilə yaradılmış elektron kabinet

Elektron kabinetdə doldurulan ərizə-anket

Fondun məsul əməkdaşları ilə görüş zamanı da bəzi sənədlər tələb olunur.

Şəxsiyyəti təsdiq edən sənəd

Gəlirləri təsdiq edən sənədlər

Məhkumluq barədə arayış

Ailə tərkibini təsdiq edən sənədlər

Nikahın olması və ya olmaması barədə sənədlər

Bəs kimlər kirayə ev sahibi ola bilər?

Kirayə mənzildən yararlanmaq üçün vətəndaşlar aşağıdakı tələblərə cavab verməlidir:

Azərbaycan Respublikasının vətəndaşı olmalıdır

Məhkumluğu olmamalıdır

Vaxtı keçmiş öhdəlikləri olmamalıdır

Müraciət zamanı yaşı 60-dan yuxarı olmamalıdır

Rəsmi gəlirləri olmalıdır

Eyni zamanda Fondla iki aktiv kirayə müqaviləsi olmamalıdır

Kirayə müqaviləsi bağlanması üçün ümumi nə qədər zaman tələb olunur?

Kirayə müqaviləsinin şərtləri:

Minimal müddət: 3 il

Maksimal müddət: 25 il

Yaş məhdudiyyəti: son ödəniş tarixinədək 70 yaşı aşmamalıdır

Qabaqcadan ödəniş: aylıq ödənişin ən azı 12 misli

Hüquqların ötürülməsi: müqavilə qüvvəyə mindikdən 12 aydan tez olmamaq şərtilə

Vaxtından əvvəl ödəniş: müqavilə bağlandığı gündən mümkündür

Ödəniş necə olmalıdır? Xarici valyuta keçərlidirmi?

Kirayə müqaviləsi üzrə bütün ödənişlər yalnız Azərbaycan manatında həyata keçirilir.

Vaxtından əvvəl ödəniş etmək olarmı?

Bəli, mümkündür. Qaydalara əsasən, kirayə müqaviləsi bağlanan gündən etibarən vətəndaş vaxtından əvvəl tam ödəniş edə bilər.

Bəs kirayə verilən mənzillər necə olmalıdır? Vətəndaşlar üçün nələr təqdim olunmalıdır?

Kirayə ilə təqdim olunan mənzillər müəyyən standartlara cavab verməlidir:

2013-cü ilin 1 yanvarından sonra tikilmiş olmalıdır

Tam təmirli və yaşayışa hazır olmalıdır

Elektrik, qaz və su ilə təmin edilməlidir

İnfrastruktura (təhsil, nəqliyyat, səhiyyə və s.) yaxın olmalıdır

Həyatyani sahəsi olmalıdır

Tikinti normalarına uyğun olmalıdır

Müstəqil qiymətləndiricinin bazar qiymətindən aşağı olmayacaq şəkildə sığortalanmalıdır

Xatırladaq ki, Fond Sumqayıt şəhərində yerləşən Sülh prospektindəki yeni yaşayış kompleksində 219 tam təmirli mənzili də satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edir. Mənzillər 1, 2 və 3 otaqlıdır və aylıq ödənişlər 347 manatdan başlayır. Seçim prosesi 20 noyabr 2025-ci il saat 15:00-dan etibarən açıq olacaq.

Qeyd edək ki, növbəti mərhələlərdə Fondun balansında olan digər mənzillər də uyğun zamanda satışa çıxarıla bilər. Söhbət Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Zəfər küçəsi və Həmdəm Ağayev küçəsindəki yaşayış sahələrindən gedir.


Xəbərə aid foto

BMTnin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib like
  • 14 Noy 22:44  
Siyasət BMTnin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib

BMT-nin Baş katibi Antonio Quterreş Ukraynanın paytaxtı Kiyev şəhərində

arrow Ətraflı
Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə dəfn olundu like
  • 14 Noy 22:30  
Digərləri Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə dəfn olundu

Türkiyədə yol qəzasında həlak olan azərbaycanlı jurnalist Emin İbrahimo

arrow Ətraflı
"Səsimdən başqa hər yerim əməliyyatdır" like
  • 14 Noy 22:29  
Şou-biznes "Səsimdən başqa hər yerim əməliyyatdır"

Müğənni Ülviyyə Namazova etirafı ilə hər kəsi təəccübləndirib.

arrow Ətraflı
Rusiyada ağır qəza  7 ölü, 15 yaralı var like
  • 14 Noy 22:12  
Digərləri Rusiyada ağır qəza 7 ölü, 15 yaralı var

Rusiyanın Perm vilayətində, Çerepaxi kəndi yaxınlığında avtomagistralda

arrow Ətraflı
Samirənin qızının təəccübləndirən peşəsi like
  • 14 Noy 21:57  
Şou-biznes Samirənin qızının təəccübləndirən peşəsi

Müğənni Samirə ƏliMəryəm övladlarından danışıb.

arrow Ətraflı
Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb?  Rəsmi açıqlama like
  • 14 Noy 21:45  
Digərləri Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? Rəsmi açıqlama

Babək rayon Cəhri Qəsəbəsi 1 nömrəli tam orta məktəbin IX sinif şagird

arrow Ətraflı
Bölgənin ən mənzərəli yeri zibilliyə çevrilib like
  • 14 Noy 21:44  
Digərləri Bölgənin ən mənzərəli yeri zibilliyə çevrilib

Quba rayonunun Küsnətqazma kəndi yaxınlığında Xınalıq yolunun kənarın

arrow Ətraflı
"Şamaxinka"da avtobus dayanacağı problemi nə vaxt həll olunacaq?  AYNAdan AÇIQLAMA like
  • 14 Noy 21:30  
Digərləri "Şamaxinka"da avtobus dayanacağı problemi nə vaxt həll olunacaq? AYNAdan AÇIQLAMA

Paytaxtın Nəsimi rayonu Moskva prospektini 76 deyilən ərazidə ilin hər fə

arrow Ətraflı
İstanbul metrosundan alınacaq yarım milyonluq məsləhət nədən ibarətdir? like
  • 14 Noy 21:13  
Digərləri İstanbul metrosundan alınacaq yarım milyonluq məsləhət nədən ibarətdir?

AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC ilə &

arrow Ətraflı
Azərbaycanlı model üçüncü dəfə ailə qurdu like
  • 14 Noy 21:11  
Şou-biznes Azərbaycanlı model üçüncü dəfə ailə qurdu

Model Rüstəm Cəbrayılov üçüncü dəfə evlənib.

arrow Ətraflı
Azərbaycanda bu il benzin və dizel istehsalı artıb like
  • 14 Noy 20:58  
Digərləri Azərbaycanda bu il benzin və dizel istehsalı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı

arrow Ətraflı
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq like
  • 14 Noy 20:46  
Digərləri Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb.

arrow Ətraflı
"Narkotik mədəniyyətimizi məhv etdi, Nurlan, Mirkamil haradadır?" like
  • 14 Noy 20:44  
Şou-biznes "Narkotik mədəniyyətimizi məhv etdi, Nurlan, Mirkamil haradadır?"

Kamran Yunis sənət aləmindəki ciddi problemi gündəmə gətirib.

arrow Ətraflı
"ARB"nin fəaliyyətinə xitam verilir?  AÇIQLAMA like
  • 14 Noy 20:39  
Digərləri "ARB"nin fəaliyyətinə xitam verilir? AÇIQLAMA

"ARB" telekanalı öz fəaliyyətini davam etdirəcək".

arrow Ətraflı
Hövsanda bina yandı like
  • 14 Noy 20:34  
Digərləri Hövsanda bina yandı

Suraxanı rayonunda yaşayış binasının damında yanğın baş verib.

arrow Ətraflı