Prezidentdən yeni təyin olunan icra başçılarına XƏBƏRDARLIQ: Əks təqdirdə lazımi ölçülər götürüləcək
Siyasət 12 Noy 2025 14:49:00 77 0
Sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir
Bu xəbəri də oxu: Cevdet Yılmaz Əli Əsədovla telefon danışığı aparıb
Son.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən bildirib.
Dövlət başçısı bildirib:
"Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir".
Azərbaycan hərbi hava limanından havalanan və Türkiyəyə istiqamətlənən
Bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas priorit
Prezident İlham Əliyev bəzi icra başçıları ilə bağlı sərəncamlar imz
Baş Prokurorluq "UĞUR 777 estetik mərkəz"də yol verilən qanunsuz
Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Ceyhun
Tanınmış aparıcı Zaur Nəbioğlu həmkarı Zaur Kamal haqqında verdiyi aç
Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərdən 19-nu
Bakının Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm A
Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı v
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Çinin
Rusiyada 15 yaşlı yeniyetmə anasının "Range Rover"ini oğurlayıb
Bakının Nəsimi Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib.
