"Şamaxinka"dan Biləcəriyə qədər avtobus zolağı çəkildi
Digərləri 12 Noy 2025 14:20:00 50 0
Bakının Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində xüsusi hərəkət zolağı yaradılaraq mövcud zolaqla birləşdirilib.
Bu xəbəri də oxu: Təyyarənin bütün ekipajı həlak olub
Bu barədə Son.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata əsasən, buna qədər həmin hissədə mütəmadi olaraq sıxlıq müşahidə olunurdu. Müntəzəm marşrut avtobusları metronun "20 Yanvar" stansiyası istiqamətindən "Şamaxinka" adlanan yol sahəsinədək zolaqla fasiləsiz hərəkət etsə də, Şamaxinkadan Biləcəriyə qədər olan hissədə avtobus zolağı mövcud deyildi. Bu səbəbdən ciddi ləngimə yaranırdı və səyahət müddəti artırdı.
Məlumatda bildirilir ki, sözügedən yol sahəsindən gündəlik 90 000-dən çox sərnişin daşınacaq. Xüsusi hərəkət zolağı sayəsində yeni istifadəyə verilən 18 metrlik iritutumlu 500 nömrəli avtobusların rahat və fasiləsiz hərəkəti təmin ediləcək.
Aysel Əkbər Son.az
Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı v
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Çinin
Rusiyada 15 yaşlı yeniyetmə anasının "Range Rover"ini oğurlayıb
Bakının Nəsimi Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib.
Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyevin məh
Xəbər verdiyiniz kimi, Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublik
Müğənni Afət Fərmanqızı həmkarı Təranə Qumraldan danışıb.
Xəbər verdiyimiz kimi, Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublika
Avropada quş qripi halları sürətlə artır.
C.R.Cəlilovun Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prez
Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezid
Azərbaycan bankları onlayn cərimə ödənişi zamanı vətəndaşlardan komis
"Türkiyə Silahlı Qüvvələrinin təyyarəsinin Gürcüstan ərazisində
