Prezident “Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə” mövzusunda təşkil olunan beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb


Siyasət 12 Noy 2025 12:25:00 77 0

Prezident “Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə” mövzusunda təşkil olunan beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə" mövzusunda təşkil olunan beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Bu xəbəri də oxu: Prezident Ərdoğana zəng etdi

Son.az xəbər verir ki, müraciətdə qeyd olunur:

"Hörmətli konfrans iştirakçıları,

Sizi Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş "Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə" mövzusunda beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

Düz 30 il əvvəl bu gün - 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrinin davamı olaraq, ümumxalq səsverməsi - referendum yolu ilə suveren Azərbaycan Respublikasının ilk Konstitusiyasını qəbul etmişdir. Müstəqilliyinin yeni qazanıldığı, ərazilərinin hərbi təcavüzə məruz qaldığı, daxili gərginliyin hökm sürdüyü bir şəraitdə bu ali hüquqi sənədin qəbulu ölkə tarixi üçün çox mühüm ictimai-siyasi hadisə olmaqla, Azərbaycanın dövlət quruculuğunda yeni bir səhifənin başlanğıcını qoymuşdur.

Layihəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış, ümumbəşəri dəyərlərə, dünyanın qabaqcıl demokratik dövlətlərinin konstitusion təcrübəsinə əsaslanan Konstitusiya müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin bərqərar olmasının və demokratik ənənələrin təşəkkülünün qarantı rolunu oynamışdır.

Əsas Qanunda Azərbaycan xalqı dövlət hakimiyyətinin yeganə mənbəyi olaraq bəyan edilmiş, hakimiyyətlərin bölgüsü prinsipinə uyğun qaydada, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında qarşılıqlı balans və səlahiyyət çərçivəsi müəyyən edilmiş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təmini, siyasi plüralizmin dəstəklənməsi, yerli özünüidarəetmənin fundamental əsaslarının formalaşdırılması da Konstitusiyada yer tutan əsas məsələlərdəndir.

Qəbulundan keçən dövr ərzində Konstitusiya ölkə daxilində aparılan çoxşaxəli islahatlar və qloballaşan dünyaya inteqrasiya üçün özül qismində çıxış etmiş, cəmiyyətdə qanunun aliliyinin təmini, azad sahibkarlığın və bazar iqtisadiyyatının inkişafı, xalqın tarixi, milli-mədəni irsinin qorunması istiqamətində əvəzsiz rola malik olduğunu və sağlam təməllər üzərində qurulduğunu sübut etmişdir.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, regionun qabaqcıl dövləti kimi layiqli yer tutması və cəmiyyətdə baş verən ictimai-siyasi proseslər Konstitusiyanın da dövrün çağırışlarına uyğunlaşdırılmasını zəruri etmişdir. Bu məqsədlə müxtəlif illərdə Konstitusiyaya edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının təminatı mexanizmlərinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin əsaslarının dərinləşdirilməsi və dövlət idarəetməsinin təkmilləşdirilməsi yönündə bir çox əhəmiyyətli məsələləri ehtiva etmişdir.

Bu il biz həm də işğala məruz qalmış torpaqlarımızın azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beşinci ildönümünü böyük qürur hissi ilə qeyd edirik. Ölkənin ərazi bütövlüyünün və dövlətin suverenliyinin bərpası Azərbaycanın inkişafında yeni bir tarixi mərhələnin əsasını qoymuş, həmçinin iqtisadi, sosial və mədəni sahələrlə yanaşı, hüquqi sahədə də islahatlar aparılmasını zəruri etmişdir. Bu baxımdan, əminəm ki, konfransda konstitusiya quruculuğu sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif aktual mövzularda aparılacaq müzakirələr, əldə olunacaq nəticələr Konstitusiyanın aliliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində öz töhfəsini vermiş olacaqdır.

Bir daha Sizi Bakıda ürəkdən salamlayır və konfransın işinə uğurlar arzulayıram".

Aktivistlər COP30a basqın etdi, xəsarət alanlar var like
  • 12 Noy 12:24  
Dünya Aktivistlər COP30a basqın etdi, xəsarət alanlar var

Braziliyanın Amazon bölgəsində yerləşən Belem şəhərində keçirilən B

arrow Ətraflı
Sabah 21 dərəcə isti olacaq like
  • 12 Noy 12:23  
Digərləri Sabah 21 dərəcə isti olacaq

Noyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
“Bütün arvadlarıma xəyanət etmişəm” like
  • 12 Noy 12:15  
Şou-biznes “Bütün arvadlarıma xəyanət etmişəm”

Tanınmış şoumen Mehmet Ali Erbil son günlər yenidən şəxsi həyatı ilə

arrow Ətraflı
Günel Bəhramqızına yeni vəzifə verildi like
  • 12 Noy 12:09  
Digərləri Günel Bəhramqızına yeni vəzifə verildi

Tanınmış aparıcı Günel Bəhramqızına İqtisadiyyat Nazirliyində yeni v�

arrow Ətraflı
"Arvadım yaxınlıq vermirdi, uşaq məndən deyil" like
  • 12 Noy 12:04  
Digərləri "Arvadım yaxınlıq vermirdi, uşaq məndən deyil"

"Təsir Dairəsi" verilişinin canlı efirində gözlənilməz anlar y

arrow Ətraflı
Birbankdan onlayn nağd kredit alan hər 100cü müştəriyə 100 bonus hədiyyə like
  • 12 Noy 12:00  
Digərləri Birbankdan onlayn nağd kredit alan hər 100cü müştəriyə 100 bonus hədiyyə

Birbank-ın onlayn nağd pul krediti ilə hədəfləriniz və arzularınız indi

arrow Ətraflı
Trampın oğlu Ermənistana səfərini ləğv etdi like
  • 12 Noy 11:56  
Dünya Trampın oğlu Ermənistana səfərini ləğv etdi

ABŞ Prezidentinin oğlu kiçik Donald Tramp Ermənistana səfərini ləğv ed

arrow Ətraflı
Həmin qəzada şəhid olduğu xəbəri ailəsinə belə verildi like
  • 12 Noy 11:55  
Digərləri Həmin qəzada şəhid olduğu xəbəri ailəsinə belə verildi

Xəbər verdiyimiz kimi, Gürcüstanın Siqnaxi rayonunda Gəncədən havaya qal

arrow Ətraflı
Azərbaycanda bəzi dövlət qurumları ləğv edildi like
  • 12 Noy 11:52  
Digərləri Azərbaycanda bəzi dövlət qurumları ləğv edildi

Naxçıvan Mədəniyyət Nazirliyinin regional bölmələri yenidən təşkil ed

arrow Ətraflı
Tramp BBCni məhkəməyə verir like
  • 12 Noy 11:50  
Dünya Tramp BBCni məhkəməyə verir

ABŞ prezidenti Donald Tramp BBC-ni ictimaiyyəti aldatmaqda ittiham edib və on

arrow Ətraflı
Evində "pitiminutka" olanlar DİQQƏT: Bunları mütləq bilməlisiz like
  • 12 Noy 11:45  
Digərləri Evində "pitiminutka" olanlar DİQQƏT: Bunları mütləq bilməlisiz

Havaların soyuması ilə təbii qazdan istifadə artıb, lakin bu, dəm qazınd

arrow Ətraflı
Məşhur aktrisa qocalar evində vəfat etdi  FOTO like
  • 12 Noy 11:36  
Şou-biznes Məşhur aktrisa qocalar evində vəfat etdi FOTO

"Hollywood"un tanınmış aktrisası Sally Kirkland 84 yaşında düny

arrow Ətraflı
Türkiyəyə məxsus təyyarənin daha iki qalığı tapıldı  FOTO like
  • 12 Noy 11:28  
Digərləri Türkiyəyə məxsus təyyarənin daha iki qalığı tapıldı FOTO

Dünən Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus C130 tipli hərbi

arrow Ətraflı
Rusiya ilk yerli robotunu hazırladı  Banklarda işlədəcəklər like
  • 12 Noy 10:50  
Digərləri Rusiya ilk yerli robotunu hazırladı Banklarda işlədəcəklər

Rusiyada ilk yerli antropomorf robot təqdim edilib.

arrow Ətraflı
Göyçaydakı “qara nar” hər kəsi təəccübləndirdi like
  • 12 Noy 10:44  
Digərləri Göyçaydakı “qara nar” hər kəsi təəccübləndirdi

Göyçayda sakinlərdən biri sosial şəbəkədə paylaşdığı videoda qeyri

arrow Ətraflı