Evində "pitiminutka" olanlar DİQQƏT: Bunları mütləq bilməlisiz
Digərləri 12 Noy 2025 11:45:00 47 0
Havaların soyuması ilə təbii qazdan istifadə artıb, lakin bu, dəm qazından zəhərlənmə riskini də yüksəldir. Xüsusilə "pitiminutka" suqızıdrıcısı hamam otağında yerləşən mənzillərdə bu kimi zəhərlənmə hallarına daha çox rast gəlinir.
Bu xəbəri də oxu: Abşeronda FACİƏ 45 yaşlı kişinin üzərinə mərmər daşı düşdü
Bəs dəm qazı necə yaranır?
Son.az xəbər verir ki, dəm qazı adətən yanma prosesi tam başa çatmadıqda əmələ gəlir və rəngsiz, dadsız, qoxusuz olduğundan insanlar onu hiss edə bilmir. Qanımızdakı hemoglobinə bağlanan bu qaz oksigenin toxumalara çatmasına mane olur, nəticədə boğulma və ölüm riski yaranır.
Mövzu ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, havalar soyuduqca təbii qazdan istifadə edən abonentlərin sayı üç-dörd dəfə artır və bu, dəm qazı zəhərlənməsi riskini yüksəldir. Ekspertin sözlərinə görə, evdə təhlükəsizliyi təmin etmək üçün pəncərələri daim açıq saxlamaq, evə girəndən sonra havalandırmaq və qaz cihazlarının yanmasını düzgün təşkil etmək vacibdir. Tüstü bacaları və havalandırma sistemi ildə ən azı iki dəfə yoxlanmalıdır. Hamamxananın qapısı xaricə açıq olmalı, qapının altındakı dəliklər vasitəsilə otağa hava daxil olmalıdır:
"Dəm qazı zəhərlənməsinin əsas səbəbi cihazların düzgün işləməməsi və yanma üçün kifayət qədər oksigenin olmamasıdır. Bu zaman təhlükəli karbon monoksid əmələ gəlir. Əgər otaqda 0,1% karbon monoksid yaranarsa, 7-30 dəqiqə ərzində insanın həyatı üçün təhlükə yaranır".
Sözügedən məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən qeyd edildi ki, dəm qazı ölüm təhlükəsi yaradır:
"Bu təhlükədən qorumaq üçün:
- qaz cihazı saz və standartlara uyğun olmalı;
- cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
- havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
-hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
-tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!
Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.
Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!".
Aysel Əkbər Son.az
"Hollywood"un tanınmış aktrisası Sally Kirkland 84 yaşında düny
Dünən Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus C130 tipli hərbi
Rusiyada ilk yerli antropomorf robot təqdim edilib.
Göyçayda sakinlərdən biri sosial şəbəkədə paylaşdığı videoda qeyri
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda mikro, kiçik və orta biznesin (KOB
Abşeronda kişinin üzərinə mərmər daşı düşərək ölüb.
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin, milli iradə
"1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhur
Gürcüstan sərhədində qəzaya uğrayan Türkiyə hərbi yük təyyarəsində
Gürcüstanın Siqnaxi rayonunda Türkiyəyə məxsus təyyarə qəzasının ba�
Günəşin səthində baş verən X sinif alışmalar səbəbindən aktivlik yü
Bu gün Bakının Yasamal, Xəzər və Nərimanov rayonlarının bəzi ərazilə
Azərbaycandan Türkiyəyə qayıdarkən Gürcüstan ərazisində qəzaya uğray
Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə maaşlarının
