Gecə saatlarla telefona baxanlara pis xəbər
Digərləri 10 Noy 2025 08:09:00 44 0
Tam qaranlıqda yatmaq təkcə yuxunun keyfiyyətini artırmır, həm də ürək-damar sağlamlığı üçün mühüm rol oynayır.
Bu xəbəri də oxu: Siyəzəndə avqustdan itkin düşən yeniyetmə TAPILDI
Son.az xəbər verir ki, alimlər araşdırmalar nəticəsində bu qənaətə gəliblər.
Araşdırmaya görə gecə işığına məruz qalaraq yatan insanlarda ürək xəstəlikləri və insult riski daha yüksək olur. Tədqiqat JAMA Network Open jurnalında dərc olunub.
Araşdırmada 89 min nəfərin yuxu zamanı işığa məruz qalması öyrənilib. Məlum olub ki, gecə işığı bədənin "bioloji saatını" pozur. Normalda bədən qaranlıqda yatmağa, işıqda isə oyaq qalmağa proqramlanıb. Bu tarazlıq pozulduqda isə ürək və qan dövranı sistemi zərər görür.
Nəticələr göstərib ki, işıq altında yatan insanlarda ürək çatışmazlığı riski 56 faiz artır, ürək damar tıxanması riski 32 faiz yüksəlir, beyin qan dövranı pozulması riski 28 faiz artır.
Mütəxəssislər deyirlər ki, söhbət yalnız tavan işığından getmir. Televizor, telefon və planşet kimi cihazların işığı da eyni təsiri göstərə bilər. Yuxudan bir neçə saat əvvəl bu cihazlardan uzaq durmaq, otaqdakı işıqları söndürmək və pərdə və ya göz maskasından istifadə etmək tövsiyə olunur. Alimlər vurğulayırlar ki, işığın birbaşa ürək xəstəliyinə səbəb olduğu tam sübut olunmasa da, çox işıq altında yatmağın orqanizm üçün zərərli olduğunu göstərir. Onların fikrincə, bədən gecə işığını stress kimi qəbul edir ki, bu da ürək döyüntüsünü artırır, qan təzyiqini yüksəldir və iltihabı gücləndirir. Yekunda araşdırma göstərir ki, sağlam ürək və keyfiyyətli yuxu üçün ən yaxşı üsul tam qaranlıqda yatmaqdır.
İsmayıl Son.az
Tanınmış texnobloqer Doni Cabbarov "11.11" endirim kampaniyası ç
Alimlər, ürək-damar xəstəliklərinin müalicəsində inqilabi dəyişiklikl
Elmi araşdırmalara görə, səhər idmanı arıqlama prosesini sürətləndir�
Stress və gərginlik həm bədənə, həm də beyinə mənfi təsir göstərir.
Payız fəsli ilə birlikdə havada dəyişən tonlar kimi ətir seçimlərində
14 yaşından diqqət mərkəzində olan məşhur Bollivud aktrisası Ayşvariya
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Türkiyənin Rize şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdə gözlərini gücl�
Xəbər verdiyimiz kimi, aparıcı Zaur Kamalın oğlu Bartu Kamal atasından on
ABŞ Prezidenti Donald Tramp gömrük rüsumlarından əldə edilən gəlirlər
Seda Sayan qadınlara qəribə məsləhət verib.
