Azərbaycan Zəfər Gününü qeyd edir


Digərləri 08 Noy 2025 00:02:00 69 0

Azərbaycan Zəfər Gününü qeyd edir

Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir.

Son.az-ın məlumatına görə, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçib, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olunub.

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2908 hərbi qulluqçusu şəhid olub, 6 nəfər itkin düşmüş sayılır.

Azərbaycan Ordusunun zəfər yürüşünə tab gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib.

Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərləri, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlar ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.

Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Bütün bunlara baxmayaraq, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olub. Zəngin dövlətçilik və hərb tarixinə malik Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib, düşmən üzərində tarixi zəfər çalıb.

Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.

Üçtərəfli Bəyanatda Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması da əksini tapıb.

Günün qoroskopu: Bir dostla səmimi söhbət, bir telefon zəngi... like
  • 08 Noy 00:01  
Digərləri Günün qoroskopu: Bir dostla səmimi söhbət, bir telefon zəngi...

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Eynək şüşəsini təmizləməyin ən asan yolu like
  • 07 Noy 23:51  
Digərləri Eynək şüşəsini təmizləməyin ən asan yolu

Təmiz şüşələr aydın görüntü deməkdir, çirkli və yağlı şüşələ

arrow Ətraflı
Leyla Mustafayeva əməliyyat olundu like
  • 07 Noy 23:39  
Şou-biznes Leyla Mustafayeva əməliyyat olundu

Aparıcı Leyla Mustafayeva əməliyyat olunub.

arrow Ətraflı
Filarmoniyasının səhnəsində Zəfər Gününə həsr olunmuş konsert baş tutub   FOTO like
  • 07 Noy 23:28  
Kriminal Filarmoniyasının səhnəsində Zəfər Gününə həsr olunmuş konsert baş tutub FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

arrow Ətraflı
"Referans"ın baş həkimi 32 yaşlı laborant imiş like
  • 07 Noy 23:24  
Digərləri "Referans"ın baş həkimi 32 yaşlı laborant imiş

Mediada və sosial şəbəkələrdə "Referans" klinikasında tibbi an

arrow Ətraflı
"WhatsApp"da bu da mümkün olacaq like
  • 07 Noy 23:22  
Digərləri "WhatsApp"da bu da mümkün olacaq

"WhatsApp" istifadəçilərin telefon nömrəsini açıqlamadan əlaq�

arrow Ətraflı
İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb like
  • 07 Noy 23:10  
Siyasət İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesa

arrow Ətraflı
Gəncə terrorunda valideynlərini itirən Sevil ana oldu like
  • 07 Noy 23:02  
Digərləri Gəncə terrorunda valideynlərini itirən Sevil ana oldu

Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyeva ana olub.

arrow Ətraflı
Dikdaban geyinən qadınların nəzərinə!  Həkimdən xəbərdarlıq like
  • 07 Noy 23:00  
Digərləri Dikdaban geyinən qadınların nəzərinə! Həkimdən xəbərdarlıq

Ayaqda yaranan "şiş" adətən zərərsiz görünsə də, zamanla cid

arrow Ətraflı
Masazırda yaşayış kompleksində meyit like
  • 07 Noy 22:38  
Digərləri Masazırda yaşayış kompleksində meyit

Abşeronda kişi kirayə yaşadığı evdə ölü halda tapılıb.

arrow Ətraflı
Fuad Sadıqov ona yüksək vəzifə verdi  FOTO like
  • 07 Noy 22:26  
Digərləri Fuad Sadıqov ona yüksək vəzifə verdi FOTO

Aqrar Sığorta Fondunun Mərkəzi Aran filialına yeni rəhbər təyin edilib.

arrow Ətraflı
Xərçəngin ən təhlükəli növü belə yaranır like
  • 07 Noy 22:00  
Digərləri Xərçəngin ən təhlükəli növü belə yaranır

Rusiyalı onkoloq-ginekoloq Radmir Axmerov uşaqlıq endometriyası xərçən

arrow Ətraflı
"Mən ailəmlə çox xoşbəxtəm"  Səidə Dadaşovadan xalasına like
  • 07 Noy 21:47  
Şou-biznes "Mən ailəmlə çox xoşbəxtəm" Səidə Dadaşovadan xalasına

Mərhum sənətkar Rafael Dadaşovun qızı müğənni Səidə Dadaşova xalası

arrow Ətraflı
Fəzail Ağamalının oğlu partiyadan çıxarıldı like
  • 07 Noy 21:46  
Digərləri Fəzail Ağamalının oğlu partiyadan çıxarıldı

Milli Məclisin deputatı Fəzail Ağamalının oğlu Elçin Ağamalı "Ana

arrow Ətraflı