Azərbaycan Milli İncəsənət Muzeyində “Zəfərin rəngləri” adlı sərginin açılış mərasimi keçirilib FOTO
Kriminal 07 Noy 2025 22:29:00 58 0
Azərbaycan Milli İncəsənət Muzeyində "Zəfərin rəngləri" adlı sərginin açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşan sərgi 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5 illiyinə həsr olunub. Açılış mərasimində öncə ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş çəhidlərimizin əziz xatirəsi 1 dəqiqəliksükutla yad olub.
Bu xəbəri də oxu: “Birliyin melodiyası, Qələbənin harmoniyası”
Daha sonra Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, Xalq rəssamı Salhab Məmmədov çıxış edərək "Zəfərin rəngləri" sərgisinin qələbəmizin sənət salnaməsini yaradan rəssamların Vətənə olan sevgisinin, qürur və birliyimizin rənglərdəki təcəssümü olduğunu vurğulayıblar. "Zəfərin rəngləri" sərgisinin ekspozisiyasında tanınmış və gənc rəssamların Vətən müharibəsi qəhrəmanlarına, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işlərinə, Böyük qayıdış mövzularına, Qarabağın füsunkar təbiətinə həsr olunmuş əsərləri nümayiş olunur. Sərgidə Xalq rəssamları Arif Hüseynov, Sirus Mirzəzadə, Əməkdar rəssamlar Adil Şıxəliyev, Elşən Hacızadə, həmçinin təsviri sənətin müasir təmsilçiləri sırasında yer alan Vəfa Pənahova, İntiqam Ağayev, Nigar Vəliyeva, Mirzə Quliyev, Hafiz Kərimov, Ülkər Əliyeva və digər rəssamları müxtəlif texnikalarda işlədikləri əsərlər təqdim olunur. Təsviri sənətin rəngkarlıq və qrafika növlərində işlənmiş kompozisiyalar, eləcə də dekorativ-tətbiqi sənətə aid qobelen nümunələri möhtəşəm qələbə ruhunu, xalqımıza Zəfər sevincini bəxş etmiş igid qəhrəmanların obrazlarını bədii dildə ifadə edir. "Cıdır düzü", "Xarıbülbül ", "Xudafərin körpüsü", "Qayıdış", "Zəfərin şəfəqi", "Şuşa, sən azadsan" və digər əsərlər daşıdıqları ideya-bədii məzmunu ilə ekspozisiyanın əsas konseptual xəttini təşkil edir. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Aqrar Sığorta Fondunun Mərkəzi Aran filialına yeni rəhbər təyin edilib.
Rusiyalı onkoloq-ginekoloq Radmir Axmerov uşaqlıq endometriyası xərçən
Mərhum sənətkar Rafael Dadaşovun qızı müğənni Səidə Dadaşova xalası
Milli Məclisin deputatı Fəzail Ağamalının oğlu Elçin Ağamalı "Ana
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Meyxanaçı Namiq Qaraçuxurlu illər əvvələ aid olan videosunu yayımlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham �
"Bu gün Zəfər Günü ilə bağlı tədbirdə idim. Xəbər mənə çatan
Son.az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 7-də Azərbaycan Respublik
Rusiyalı həkim ən zərərli səhər yeməyini açıqlayıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide
Müğənni Cəmilə mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı maraqlı
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə
