Sevil Mikayılova dövlət büdcəsində “süni intellekt” və “mavi iqtisadiyyat”la bağlı bölmələrin yaradılmasını təklif edib


Digərləri 06 Noy 2025 15:28:00 88 0

Sevil Mikayılova dövlət büdcəsində “süni intellekt” və “mavi iqtisadiyyat”la bağlı bölmələrin yaradılmasını təklif edib

Bu büdcə layihəsi Prezident İlham Əliyevin dayanıqlı iqtisadiyyatın qorunması və möhkəmləndirilməsi üçün hökumət qarşısında qoyduğu vəzifələrə çatmaq üçün çox etibarlı sənəd olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova parlamentin bir neçə komitəsinin ortaq iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili vurğulayıb ki, maliyyə nazirinin çıxışında bəhs etdiyi əsaslı xərclərin effektivliyinin daha önəmli olması məsələsini dəstəkləyir:

"Düşünürəm ki, məhz bu aspektdən 2026-cı il dövlət büdcəsinin reallaşması, həm də regionlarda mövcud olan problemlərin həllində əsas amil olacaq".

Parlamentari çıxışında büdcənin tərtibatında beynəlxalq gündəlikdə istifadə olunan bir sıra yeniliklərdən söz açıb:

"Xüsusilə təklif edirəm ki, növbəti illərdə dövlət büdcəsinə "süni intellekt" və "mavi iqtisadiyyat"la bağlı ayrıca bölmələr əlavə edilsin. BMT-nin Minillik Hədəflərinə dair hesabatlarında da artıq "mavi iqtisadiyyat" termini geniş şəkildə tətbiq olunur.

Bu məsələnin əhəmiyyəti ondadır ki, Prezident İlham Əliyev Xəzər dənizinin suyunun azalması kimi ekoloji məsələlərin ölkəmiz üçün ciddi çağırışlara səbəb olduğunu vurğulayıb. Eyni zamanda digər su hövzələrinin idarə olunması ilə bağlı da oxşar problemlərlə rastlaşırıq. Bu baxımdan, əgər BMT öz büdcəsində "mavi iqtisadiyyat"la bağlı bölmələrə yer verirsə, Azərbaycanın da gələcək büdcə sənədlərində bu istiqamətə xüsusi yer ayırması faydalı olar".

Sevil Mikayılova qeyd edib ki, 2026-cı il dövlət büdcəsi kifayət qədər düşünülmüş, çevik və müasir çağırışlara cavab verən sənəddir və bu layihəni dəstəkləyəcək.

Aysun Mənzurənin cavabını verdi: "İnsanlığa yaraşan söz deyil" like
  • 06 Noy 15:25  
Şou-biznes Aysun Mənzurənin cavabını verdi: "İnsanlığa yaraşan söz deyil"

Müğənni Aysun İsmayılova anasının üvanına deyilən sözlərə cavab ve

arrow Ətraflı
İşləməyən şəxs icbari tibbi sığortanı necə ödəyəcək?  Ödəməsələr cəriməsi var like
  • 06 Noy 15:16  
Digərləri İşləməyən şəxs icbari tibbi sığortanı necə ödəyəcək? Ödəməsələr cəriməsi var

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gü

arrow Ətraflı
Bakının mərkəzində homoseksual şəxs əmisi tərəfindən qətlə yetirildi  FOTO like
  • 06 Noy 15:10  
Kriminal Bakının mərkəzində homoseksual şəxs əmisi tərəfindən qətlə yetirildi FOTO

Noyabrın 4-də Bakı şəhəri Bəşir Səfəroğlu küçəsində, indiki "

arrow Ətraflı
3 kənddə qaz kəsiləcək  XƏBƏRDARLIQ like
  • 06 Noy 15:06  
Digərləri 3 kənddə qaz kəsiləcək XƏBƏRDARLIQ

Neftçalanın 3 kəndinin qaz təchizatında fasilə yaranacaq.

arrow Ətraflı
Səhvən kartına 120 min manat pul gəldi like
  • 06 Noy 15:00  
Digərləri Səhvən kartına 120 min manat pul gəldi

Eskişehir Osmangazi Universitetinin müəllimi, professor Behçet Yalın Özkar

arrow Ətraflı
Bakıda məşhur şadlıq evi bağlandı like
  • 06 Noy 14:51  
Digərləri Bakıda məşhur şadlıq evi bağlandı

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayo

arrow Ətraflı
Prokuror: Arayik Harutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqlənib  MƏHKƏMƏ like
  • 06 Noy 14:43  
Siyasət Prokuror: Arayik Harutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqlənib MƏHKƏMƏ

Noyabrın 6-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətənda

arrow Ətraflı
Ağ Şəhərdə “BMW” sürücüsü motosikleti vurub yıxdı: “Zor edirəm, çək” like
  • 06 Noy 14:41  
Digərləri Ağ Şəhərdə “BMW” sürücüsü motosikleti vurub yıxdı: “Zor edirəm, çək”

İzləyicimiz Cəlilov Nadir Nahid oğlu Patrul.az-a müraciət edərək Xətai

arrow Ətraflı
Azərbaycanda daha bir yol ödənişli olacaq like
  • 06 Noy 14:35  
Digərləri Azərbaycanda daha bir yol ödənişli olacaq

"Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu istifadəyə verildik

arrow Ətraflı
Bulvarın uzunluğu 25 kilometrə çatacaq  RƏSMİ like
  • 06 Noy 14:34  
Digərləri Bulvarın uzunluğu 25 kilometrə çatacaq RƏSMİ

Yaxın gələcəkdə bulvarın uzunluğunun 25 kilometrə çatdırılması nəz�

arrow Ətraflı
2ci dəfə evlənən ərinin xanımını rəqs edib qarşıladı like
  • 06 Noy 14:30  
Digərləri 2ci dəfə evlənən ərinin xanımını rəqs edib qarşıladı

Dağıstanda birinci arvadın ikinci arvadı toyda qarşılaması gündəm olub.

arrow Ətraflı
İş adamının qəbiristanlıqda meyiti tapıldı  Türkiyədə like
  • 06 Noy 14:25  
Dünya İş adamının qəbiristanlıqda meyiti tapıldı Türkiyədə

46 yaşlı türkiyəli iş adamı Rahman Olgunun meyiti tapılıb.

arrow Ətraflı
Nazir özünə daha bir müşavir təyin etdi like
  • 06 Noy 14:20  
Digərləri Nazir özünə daha bir müşavir təyin etdi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Anar Novruzovu özün

arrow Ətraflı
Sibel Canı heç belə görməmisiniz like
  • 06 Noy 14:15  
Şou-biznes Sibel Canı heç belə görməmisiniz

Sibel Can "Esquire Türkiye" jurnalına danışdı: "Səs duyğul

arrow Ətraflı