İşləməyən şəxs icbari tibbi sığortanı necə ödəyəcək? Ödəməsələr cəriməsi var


Digərləri 06 Noy 2025 15:16:00 69 0

İşləməyən şəxs icbari tibbi sığortanı necə ödəyəcək?  Ödəməsələr cəriməsi var

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə icbari tibbi sığorta üzrə sığorta haqları ödəyəcəklər.

Son.az xəbər verir ki, onlar tərəfindən sığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanacaq (aylıq təxminən 16 AZN-red). Bu şəxslər tərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, müəyyən olunmuş sığorta haqqının 10 faiz həcmində əlavə sığorta haqqı ödəyəcəklər.

Bu zaman isə sual yaranır. Əgər vətəndaş işləmirsə, bu məbləği necə ödəyəcək?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Son.az-a açıqlamasında bildirib ki, bütün hallarda işləməyən vətəndaşlara müəyyən güzəştlər nəzərdə tutulmalıdır.

Onun sözlərinə görə, bir insan işləmirsə, ondan sığorta və ya digər ödənişləri tələb etmək məntiqsizdir.

Deputat qeyd edib ki, cərimə məsələsi də bu baxımdan yenidən düşünülməlidir:

"Ola bilsin ki, sığorta sistemi daxilində müəyyən imkanlar var, amma istənilən halda məntiqli yanaşma ondan ibarətdir ki, işsiz əhali üçün sığorta daha çox sosial dəstək xarakteri daşıyır".

F.Mustafa əlavə edib ki, əgər insan ödəniş edə bilmirsə və buna görə sığortadan istifadə hüququndan məhrum ediləcəksə, bu, həmin vətəndaşın  sistemdən kənar qoyulmasıdır:

"Dəyişiklik müzakirə olunmalı məsələdir. Bunun  ictimai müzakirəyə ehtiyacı var. Çünki biz bütün aztəminatlı insanları diqqətdən kənar saxlaya bilmərik".

Mina Mikayılova Son.az

Bakının mərkəzində homoseksual şəxs əmisi tərəfindən qətlə yetirildi  FOTO like
  • 06 Noy 15:10  
Kriminal Bakının mərkəzində homoseksual şəxs əmisi tərəfindən qətlə yetirildi FOTO

Noyabrın 4-də Bakı şəhəri Bəşir Səfəroğlu küçəsində, indiki "

arrow Ətraflı
3 kənddə qaz kəsiləcək  XƏBƏRDARLIQ like
  • 06 Noy 15:06  
Digərləri 3 kənddə qaz kəsiləcək XƏBƏRDARLIQ

Neftçalanın 3 kəndinin qaz təchizatında fasilə yaranacaq.

arrow Ətraflı
Səhvən kartına 120 min manat pul gəldi like
  • 06 Noy 15:00  
Digərləri Səhvən kartına 120 min manat pul gəldi

Eskişehir Osmangazi Universitetinin müəllimi, professor Behçet Yalın Özkar

arrow Ətraflı
Bakıda məşhur şadlıq evi bağlandı like
  • 06 Noy 14:51  
Digərləri Bakıda məşhur şadlıq evi bağlandı

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayo

arrow Ətraflı
Prokuror: Arayik Harutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqlənib  MƏHKƏMƏ like
  • 06 Noy 14:43  
Siyasət Prokuror: Arayik Harutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqlənib MƏHKƏMƏ

Noyabrın 6-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətənda

arrow Ətraflı
Ağ Şəhərdə “BMW” sürücüsü motosikleti vurub yıxdı: “Zor edirəm, çək” like
  • 06 Noy 14:41  
Digərləri Ağ Şəhərdə “BMW” sürücüsü motosikleti vurub yıxdı: “Zor edirəm, çək”

İzləyicimiz Cəlilov Nadir Nahid oğlu Patrul.az-a müraciət edərək Xətai

arrow Ətraflı
Azərbaycanda daha bir yol ödənişli olacaq like
  • 06 Noy 14:35  
Digərləri Azərbaycanda daha bir yol ödənişli olacaq

"Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu istifadəyə verildik

arrow Ətraflı
Bulvarın uzunluğu 25 kilometrə çatacaq  RƏSMİ like
  • 06 Noy 14:34  
Digərləri Bulvarın uzunluğu 25 kilometrə çatacaq RƏSMİ

Yaxın gələcəkdə bulvarın uzunluğunun 25 kilometrə çatdırılması nəz�

arrow Ətraflı
2ci dəfə evlənən ərinin xanımını rəqs edib qarşıladı like
  • 06 Noy 14:30  
Digərləri 2ci dəfə evlənən ərinin xanımını rəqs edib qarşıladı

Dağıstanda birinci arvadın ikinci arvadı toyda qarşılaması gündəm olub.

arrow Ətraflı
İş adamının qəbiristanlıqda meyiti tapıldı  Türkiyədə like
  • 06 Noy 14:25  
Dünya İş adamının qəbiristanlıqda meyiti tapıldı Türkiyədə

46 yaşlı türkiyəli iş adamı Rahman Olgunun meyiti tapılıb.

arrow Ətraflı
Nazir özünə daha bir müşavir təyin etdi like
  • 06 Noy 14:20  
Digərləri Nazir özünə daha bir müşavir təyin etdi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Anar Novruzovu özün

arrow Ətraflı
Sibel Canı heç belə görməmisiniz like
  • 06 Noy 14:15  
Şou-biznes Sibel Canı heç belə görməmisiniz

Sibel Can "Esquire Türkiye" jurnalına danışdı: "Səs duyğul

arrow Ətraflı
Onun qardaşı KQB agentidir  Paşinyan like
  • 06 Noy 14:14  
Dünya Onun qardaşı KQB agentidir Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə b

arrow Ətraflı
“Tərtər işi” ilə bağlı təqsirli bilinən generalla bağlı QƏRAR like
  • 06 Noy 14:05  
Digərləri “Tərtər işi” ilə bağlı təqsirli bilinən generalla bağlı QƏRAR

"Tərtər işi" ilə bağlı təqsirli bilinən general-mayor Bəkir O

arrow Ətraflı