İranın müxtəlif bölgələrində AESlər inşa olunacaq – Vitseprezident


Dünya 02 Noy 2025 17:40:00 63 0

İranın müxtəlif bölgələrində AESlər inşa olunacaq – Vitseprezident

İranın cənubunda və şimal hissələrində 8 Atom Elektrik Stansiyası inşa olunacaq.

Trend-in məlumatına görə, bunu İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami bu gün İran prezidenti Məsud Pezeşkianın nüvə sənayesi üzrə müdirlərlə görüşündə deyib.

Onun sözlərinə görə, Rusiya ilə əməkdaşlıq çərçivəsində AES-lərin tikilməsi üzrə müqavilə imzalanıb. Qeyd olunan AES-lərdən 4-ü İranın cənubunda Buşehr vilayətində, 4-ü isə ölkənin şimal hissəsində inşa olunacaq.

Eslami bildirib ki, 2003-cü ildə İranda hələki yeganə olan Buşehr AES-i istifadəyə verilib. Tənzimlənən proqrama əsasən ölkənin müxtəlif bölgələrində inşa olunacaq AES-lər ölkənin ehtiyac duyduğu elektrikin təmin olunmasına kömək edəcək.

İranın vitse-prezidenti deyib ki, İranın cənub-qərbində Xuzistan vilayətində İslam İnqilabından öncə (1979) Darxovin Atom Elektrik Stansiyasının tikintisinə başlanılıb. Son illər ərzində bu stansiyanın tikintisi yerli mütəxəssislər tərəfindən yenidən davam etdirilir.

Eslami qeyd edib ki, bundan əlavə İranın şimalında Gülüstan vilayətinin Xəzər dənizi sahillərində Atom Elektrik Stansiyasının tikintisi üçün məkan müəyyənləşib.

"Ölkənin müxtəlif məkanlarında AES-lərin inşa olunması ilə nüvə sahəsində elektrik istehsalını 20 min meqavata yüksəltmək üzrə işlər aparılır", -deyə o qeyd edib.

Təşkilat sədri deyib ki, Buşehr Atom Elektrik Stansiyasının 2 və 3-cü bloklarının tikintisi hətta İrana 12 günlük hərbi hava hücumları zamanı davam etdirilib. Hazırda da tikinti prosesi davam edir.

Qeyd edək ki, İranın Buşehr AES-nin 1-ci bloku 2011-ci ildə fəaliyyətə başlayıb. 2013-cü ildə blokun istismarı Rus Atom Şirkəti tərəfindən İran şirkətinə təhvil verilib. 2013-cü ildən bu blokda maksimum elektrik yəni 1 min meqavat saat elektrik istehsal olunub. 10 il ərzində Buşehr Atom Elektrik Stansiyasında elektrik istehsalı 65 milyard kilovat saatdan çox təşkil edib.

Əlavə edək ki, Buşehr AES-nin 2 və 3-cü bloklarının tikintisinə 2017-ci ildə 50 hektar ərazidə başlanıb. Bu bloklar istifadəyə verildiyi halda hər birinin 1 057 meqavat elektrik istehsal etmək potensialı olacaq. Bu iki blokun istifadəyə verilməsi ilə ildə 10 milyon barel xam neft və yaxud 1,6 milyard kubmetr qaza qənaət olunacaq və 7 milyon ton çirkləndirici qazların ətraf mühitə yayılmasının qarşısı alınacaq.

Fransada qızıl emal zavoduna silahlı hücum edildi like
  • 02 Noy 16:48  
Dünya Fransada qızıl emal zavoduna silahlı hücum edildi

Fransada qızıl emalı zavoduna silahlı basqın: 12 milyon avroluq soyğun

arrow Ətraflı
RusiyaABŞ sammiti keçiriləcək?  Peskov açıqladı like
  • 02 Noy 16:30  
Dünya RusiyaABŞ sammiti keçiriləcək? Peskov açıqladı

Rusiya tərəfi hazırda Rusiya-ABŞ sammitinin keçirilməsini zəruri hesab et

arrow Ətraflı
Yollarda görmə məsafəsi azalacaq like
  • 02 Noy 16:15  
Digərləri Yollarda görmə məsafəsi azalacaq

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.

arrow Ətraflı
“Putin konkret tapşırıq verib..."  Ordu generalı like
  • 02 Noy 16:00  
Dünya “Putin konkret tapşırıq verib..." Ordu generalı

"Rusiya Konstantinovka və Kramatorska doğru irəliləməyə çalışır&q

arrow Ətraflı
Bakıda sürücü dağılmış asfaltı özü yamadı  VİDEO like
  • 02 Noy 15:50  
Digərləri Bakıda sürücü dağılmış asfaltı özü yamadı VİDEO

Bakıda çökmüş yollar sürücülərə problem yaratmaqdadır.

arrow Ətraflı
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum etdi  2 ölü, 2 yaralı like
  • 02 Noy 15:41  
Dünya Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum etdi 2 ölü, 2 yaralı

Türkiyənin Zonguldak vilayətinin Çaycuma rayonunda faciəli hadisə baş ver

arrow Ətraflı
Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak edib  FOTO like
  • 02 Noy 15:28  
Siyasət Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak edib FOTO

Noyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyi

arrow Ətraflı
"Yaxşı ki, həkim yox, musiqiçi olmuşam" like
  • 02 Noy 15:12  
Şou-biznes "Yaxşı ki, həkim yox, musiqiçi olmuşam"

"Uşaq yaşlarımdan həkim olmaq istəyirdim. Arzum idi ki, stomatoloq olu

arrow Ətraflı
Həbs edilən icra başçısını kim əvəz edir? like
  • 02 Noy 15:04  
Digərləri Həbs edilən icra başçısını kim əvəz edir?

Üç gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs

arrow Ətraflı
Cəmi iki məhsulla təzyiqi salan möcüzə salat – həkimlərdən təsdiqli resept like
  • 02 Noy 14:50  
Digərləri Cəmi iki məhsulla təzyiqi salan möcüzə salat – həkimlərdən təsdiqli resept

Yüksək qan təzyiqi çox vaxt özünü heç bir simptomla göstərmir, lakin u

arrow Ətraflı
Rusiya məmurlara Ayfon istifadəsini qadağan etməyi planlaşdırır like
  • 02 Noy 14:31  
Dünya Rusiya məmurlara Ayfon istifadəsini qadağan etməyi planlaşdırır

Rusiya hökuməti yüksək vəzifəli şəxslərin Apple cihazlarından istifad�

arrow Ətraflı
Sumqayıtda tapılan azyaşlının valideynləri axtarılır like
  • 02 Noy 14:20  
Digərləri Sumqayıtda tapılan azyaşlının valideynləri axtarılır

Ötən gün axşam saat 20:00 radələrində Sumqayıt şəhəri ərazisində t�

arrow Ətraflı