“Çarli Çaplin aktyor deyil” – Əməkdar artist Coşqun Rəhimovla


Şou-biznes 02 Noy 2025 08:38:00 85 0

“Çarli Çaplin aktyor deyil” – Əməkdar artist Coşqun Rəhimovla

Son.az xəbər verir ki, lent.az-ın müsahibi Əməkdar artist Coşqun Rəhimovdur.

- Coşqun bəy, mütaliə edirsiz?

- Çoxdandır etmirəm, amma qarşıma çıxan yaxşı bir yazı olanda çalışıram oxuyum. Aktyor işinin özəyi müşahidədir. Doğrudur, mütaliə də vacibdir, amma niyə yalan deyim ki? Yaxın vaxtlarda bir kitabı əvvəldən axıra oxumamışam. Azərbaycan ədəbiyyatından Nəsimi, Nizami, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Cəfər Cabbarlının əsərlərini oxuyurdum, sevirdim. Romanlar oxuyurdum. Kitabı çox sevirdik. İndi texnologiya inkişaf edib, kitablar elektron formadadır. Bu gözəl bir şeydir, yetər ki, gənclər kitab oxusun.

- Bəs nələri izləyirsiz?

- Çox adam deyir, öz televiziyalarımıza baxmıram, amma mən çalışıram mütəmadi baxım. Həm verilişləri, həm serialları izləyirəm. Tamaşaçını bir az zövqsüzləşdirdilər, başqa yönə apardılar. Deyim ki, bizim çəkdiklərimiz tam filmlərdir, yox. Son vaxtlar yadda qalan bir kommersiya filmi yoxdur ki, ona dəfələrlə baxasan. O dövrkü filmlərə dəfələrlə baxırdıq, hər dəfə də yeni nələrsə götürürdük.

- Nəylə bağlı oldu bu bayağılaşma?

- Çoxluqla bağlıdır. Şərait yaradıldı. Yəqin ki, bu, olmamalı idi. Senzuranı bir az çoxaltmaq lazım idi. Ümumiyyətlə, istər teatr səhnəsində, filmlərdə, televiziya tamaşalarında, seriallarda senzuranı artırmaq gərəkirdi. Mən kimisə güldürə, dostlar arasında yaxşı zarafat edə bilirəm deyənlər adlarının altına aktyor yazırlar. Sənin təhsilin olmalıdır, məktəb keçməlisən.

- Çoxluq dediniz. Dünyanın hər yerində bu çoxluq var, amma bununla belə çox yaxşı filmlər, yumor yaranır. Bizdə niyə bu çoxluq arasında yaxşı bir iş - film, yumor çıxmır?

- Cılızlaşma gedir. Çünki öz təqdimatları yoxdur. Bu işi sevirsənsə, peşəkarsansa, öz forman olmalıdır. Bu formanı tamaşaçıya qəbul etdirə bilmirsənsə, təqdimatın zəif olacaq.

- Siz parodiyalar da edirsiz. Parodiya və aktyorluq - bunları necə müqayisə edərsiz?

- Heç bir fərq yoxdur. Mənim oynadığım istər qadın, istər kişi obrazlar olsun - hamısı parodiyadır. Əgər hansısa bir obrazı - məktəb direktoru, qayınananı, müəllimi olduğu kimi göstərəcəmsə, bu parodiyadır. Paradist olmaq asan bir şey deyil. Tanınmışları ən çox parodiya edən mən olmuşam. Bunu yaxşı, ya pis etmişəm, qoyaq bir kənara. Amma mən paradist deyiləm. Paradistin 5-6 obrazı olur, ancaq onları parodiya edir. İldə maksimum 1 obraz qatır öz repertuarına.

- Uğursuz hesab etdiyiniz hansı parodiyalarınız var?

- Çox olub. Məsələn, Könül Kərimova. O insanın özündə bir fobiya var, istəyi yoxdur. Biz onun xətrini çox istəyirik. Təhqir etmirik, təqlid edirik. Amma o çox narahat idi. Aktyor elədir ki, səhnədə tamaşaçıdan istilik alır və onu ötürür. Könül xanım özü də zalda idi. Heç kim tanımasın deyə, makiyajsız, qara eynəklə gəlmişdi. Həmin parodiyanı məhv elədi. 

- Əvvəldən icazə almışdız bunun üçün?

- Əlbəttə. Böyük bir incikliyimiz olmadı, amma narahat idi.

- Ümumiyyətlə, parodiya etməzdən əvvəl həmin adamdan icazə alırsız?

- Xeyr, sadəcə özünə deyirik. Təklif də edirik ki, həmin gün gəlib otursun, baxsın. Çünki o adam da zalda olanda daha maraqlı olur, qarşılıq verir və ikiqat gülüş yaradır. Həmin insan özünü güzgüdə görür. 

- Bəs qəbul etməyənlər olurdu?

- Bir dəfə müraciət elədik. Dedi ki, yox, mənə əl dəyməyin, istəmirəm.

- Kim?

- Orxan Fikrətoğlu. İstəmədi, biz də etmədik. Bizim ona böyük hörmətimiz var, onun da bizə.

- Bəs elədiyiniz parodiyaya görə sizə etiraz edənlər oldu?

- Elza Seyidcahanı nəzərdə tutursunuzsa, onun etirazı belə zarafat idi. Dəfələrlə parodiyalar etmişik və həmin insanlar gəlib özləri zalda oturub bizi izləyiblər. Elariz Məmmədoğlunu dəfələrlə parodiya etmişik. İndi ABŞ-də yaşayır. "Bu Şəhərdə"yə başlayanda bizim musiqiçilər Elarizin ansamblı idi. Bir dəfə onu parodiya etməyəndə deyirdi ki, nə olub, incimisiz məndən? Amma "Bu Şəhərdə" təkcə parodiya üzərində qurulmayıb. Biz parodiyasız da tamaşalarımızı verə bilərik. Çünki cəmiyyətdə yetərincə mənfi hallar, obrazlar, xoşagəlməz hadisələr var. Tamaşaçı mənim oynadığım obrazların içindədir. Bizə lazımdır ki, insan öz "mən"i ilə danışa bilsin, öz problemlərini görsün - bu yeznə-qayın da ola bilər, gəlin-qaynana da. Nə qədər dünya var, bunlar olacaq.

- Toy səhnəsində Rafael İsgəndərov hər dəfə "bir tuş ver" deyir. Kimin ideyasıdır bu?

- Tuş tamadaların, masabəylərin sözünə bir qüvvətdir. Dediyi məsləhətə, verdiyi təbrikə dəstəkdir. Tuş toyun bəzəyidir.

- Sənətə gəlməyiniz necə oldu?

- Onda sən dünyada yox idin (gülür). 1990-cı ildə biz İncəsənət Universitetinə qəbul olduq. 1992-ci ildə isə artıq teatr fəaliyyətim yavaş-yavaş başlayırdı. Hüseynağa Atakişiyevin dəvəti ilə Əhməd Cavadın yubileyində repressiya qurbanları olmuş insanların həyatını təqdim edirdik. Mən onda Mikayıl Müşfiqin obrazını canlandırırdım. Teatrla ilk tanışlığım onda oldu. Universiteti bitirməmiş Rafael İsgəndərovla həmin teatra təklif aldıq. Dövlət Gənclər teatrında istər dramatik, istər komediya janrında tamaşalar oynadıq. 2000-ci ildə Rafael nəsə eləmək istəyirdi. İnsanın beyninə ideya gələndə təkcə pulu fikirləşmir. Təklif elədi, sevə-sevə razı oldum. Və çox risk, həyəcanla "Space" kanalına, Mehriban Ələkbərzadəyə müraciət elədik. O bizə şərait yaratdı və fəaliyyətimizə başladıq. Pilot çəkilişi çəkdik. Novruz bayramı ərəfəsi idi. Təqdim etdik və bəyəndilər, tamaşa bayram günü efirə getdi.

- Rafael bəylə dostluğunuz necə yarandı?

- O vaxt trolleybuslar var idi. Bublik yeyə-yeyə trolleybusa minirdik. Hərdən o bublikin dadı üçün darıxıram. Elə o bublikdən yeyə-yeyə mən bir zarafat elədim, o qəbul elədi, mən onun zarafatın qəbul elədim. Beləcə dostluğumuz yarandı. Və artıq 35 ildir... 

- Heç incikliyiniz olub?

- Olub. Sadəcə inciklik. Nə qədər bir-birimizin xətrinə dəysək də, anlayırıq. Bir-birimizin dilini də bilirik, mən onun sözünə qulaq asıram, o mənim. Bir baxışla anlayırıq hər şeyi. 

- Müşfiq Abbasovla necə tanış olduz?

- Ortaq bir dostumuz var idi, o tanış elədi. Dedi ki, KVN-çi ssenari yazan bir adam var. Onunla da sözümüz alındı, anlaşdıq. Sonra Müşfiq başladı ssenarilər yazmağa. Nəyi və niyə edəcəyimizi bilirik.

- Niyə edirsiz?

- Bizim janrımız estradadır. Bu janr bir güzgüdür. Baş verən istər sosial, istər məişət hadisələrini tamaşaçıya təqdim edirik. Niyə edirik? Çünki istəmirik insanlar o mənfi şeyləri etsin. Göstərdiyimiz tamaşalar insanları formalaşdırmağa, özünü yığışdırmağa kömək edir. Elə şeylər var ki, onları yanğı ilə göstəririk. Baxmayaraq ki, obraz, oyun olaraq təqdim edirik. Amma içimiz yanır.

- Qadın obrazlarını əksərən siz canlandırırsız. Bununla bağlı ailədə, qohumlarda hansısa tənqidlər olub?

- Bəlkə də, inanmayacaqsınız, amma heç vaxt olmayıb. Mən nə elədiyimi çox gözəl bilirəm. Əgər qadın obrazını üzdəniraq kimi yox, qadın kimi təqdim edirəm. Tamaşaçı görür ki, bu, oyunu ilə qadındır, digər obrazda təpədən dırnağa kişidir. Bu heç kimin ixtiyarında deyil ki, tənqid etsin. Özü də mən qohum-əqrəbanı çox yaxına buraxmıram. O demək deyil ki, onları tanımıram, üz çevirmişəm. Sadəcə məsafə saxlamağı bacarıram. 

- Bəzən qadınlar o dikdabanda yeriməkdə çətinlik çəkirlər...

- Əksər qadın aktrisalar qadın obrazını oynaya bilmir. Qadınlar qadın obrazına oyun qatır. Niyə? Axı sən qadınsan. Oyununa oyun qatma. Bilsən ki, qadınsan, onda bütün obrazların öhdəsindən gələrsən. 

- Vəzifə təklifi gəlib sizə?

- Gül kimi vəzifəm var da. Səhnədə bütün vəzifələri oynayıram (gülür). Məktəb direktorundan tutmuş milyonerə qədər hamısını oynayıram. Bunu Rafaelin adından da deyə bilərəm ki, biz bütün istədiyimiz obrazları oynayırıq. Rejissoru gözləmirik ki, görəsən, bu rolu mənə verər? Teatr səhnəsində Hüseynağa Atakişiyev zəng elətdirib teatra çağırır, tamaşanı mənim üzərimdə qururdusa, demək, o insan mənim istedadıma bələd idi. İndi elə qarşısındakına inanan insanlar azdır. "Karmen" tamaşasında Jose obrazını oynamışam. İndiyə qədər də o tamaşadan danışırlar. Çox maraqlı və yeni nəfəsdə bir tamaşa idi. İndi azdır elə tamaşalar. Bəlkə də, mən tamaşaya baxmağa getmirəm...

- Bunu az adam bilir, amma "Təhminə" filmində epizodik bir rolunuz var...

- Mən o filmi yenidən çəkmək istəyərdim. Yeni bir nəfəs verərdim. "Nəsimi"ni "Babək"i yenidən çəkmək lazımdır. Yeni texnikalar, aktyorlarla, rejissorlarla etmək lazımdır. Sadəcə istək olmalıdır.

- Amma istək yetərli deyil. Çünki "Babək", "Nəsimi" kimi filmləri çəkməyə böyük büdcə lazımdır.

- Bəli. O istəyimi həyata keçirmək istəyərdim. Dəfələrlə tarixi filmlərə, hadisələrə müraciət ediblər. Onu tamaşaçıya yenidən çatdırmaq lazımdır. Böyük qələbəmiz oldu. Çox istərdim ki, bu barədə yaxşı bir film çəkilsin.

- Bir tarixi şəxsiyyəti oynasaz, bu kim olar?

- Nadir Şah. Böyük insan olub. Çünki özfəaliyyət dərnəyində o obrazı oynamışam. İndi də deyirlər ki, tamaşaçını sənə qulaq asmağa məcbur eləmişdin.

- Həccə getmisiz. Namaz qılırsız?

- Namaz qılıram. Möminəm. Bacardığım qədər yaradana şükür edirəm.

- "Planet Parn iz Baku" özünə bir qrup yaratdı. Siz 2 nəfərlə kifayətləndiz. Əlavə kimisə qatmaq fikri olmadı?

- Yox. Niyə olsun? Bizim özəlliyimiz budur elə. İki nəfərlik tamaşa.

- Rafael bəylə sizin adınız artıq eyniləşib. Keçən dəfə Rafael bəyin oğlu deyirdi ki, bir nəfər küçədə məni görüb dedi, səni tanıyıram, sən Rafaellə Coşqunun oğlusan.

- Bəli, bəzən mənə Rafael, ona Coşqun da deyirlər. Səhv salırlar.

- Bu yaxınlarda bir çıxışınız oldu ki, Mister Bin aktyor deyil. İstərdim bunu açıqlayasız.

- Mən çox müsahibə vermirəm. Çünki bəziləri naşı jurnalistlərdir. Həmin verilişdə jurnalist soruşdu ki, Mister Bin necə aktyordur? Dedim ki, o aktyor deyil. Mister Bin prototipdir. Bir axmaq adamın axmaq vəziyyətlərə düşməyidir. Bir kloun obrazı kimidir. 

- Onda Çarli Çaplin haqqında da eyni fikirdəsiz?

- Bəli. Çarli Çaplin özü də, Lui De Fünes də aktyor deyil. Onun hansısa bir filmdə fərqli obrazını görmüsüz? Əlbəttə, belələrinə aktyor deyən varsa, onda aktyor sənətinə nə deyək? Səhnədə bir-birindən maraqlı obrazlar yaradan aktyorlara nə deyək? Roan Atkinson vəziyyət yumorunu oynayır. Bu, aktyorluq deyil, kloun sənətinin pik nöqtəsidir. Onu başqa bir rola çəkdilər, onda da Mister Bin obrazını oynadı. Mən elə oynasam, min dənə Mister Bin obrazlarını arxada qoyaram. Çünki öz işimə bələdəm, işimi bilən insanam.

- Sizi tənqid edən bəzi aktyorlar da oldu...

- Türkay Cəfərli o barədə paylaşım edib ki, qurşaqdan aşağı zarafatlar edirlər. Bizim auditoriyamız ailədir. Necə qurşaqdan aşağı zarafat edə bilərik? Utanıb xəcalət çəkdim ki, bu işlə məşğul olan, özünə aktyor deyən insanlar da mənim fikrimə əks münasibət bildiriblər. Ayıb olsun ki, aktyoru prototipdən ayıra bilmirsiz. Siz nə aktyorsuz axı? Aktyor tanınmalıdır. Tanınmırsa, demək, o aktyor deyil. Mən heç o aktyoru tanımıram. Yenə də öz fikrimdə qalıram. Aktyor başqadır, prototip başqa. Bir aktyor var, Beni Hill. O, məsələn, əsl aktyordur. Mister Binlə eyni vaxtda məşhurlaşmışdı. Çox maraqlı təqdimatı var idi. Yenilik gətirən bir aktyor idi, Mister Bin kimilər onun əlinə su tökə bilməz. Son.az


Xəbərə aid foto

7 ay qış yaşayan norveçlilər evlərini belə isidir: Təbii və sərfəli üsul like
  • 02 Noy 08:08  
Digərləri 7 ay qış yaşayan norveçlilər evlərini belə isidir: Təbii və sərfəli üsul

Qış mövsümü yaxınlaşdıqca, bir çox ölkədə insanlar sərfəli isinmə

arrow Ətraflı
Binadan yıxılaraq ölən İlqarın like
  • 02 Noy 07:36  
Digərləri Binadan yıxılaraq ölən İlqarın

Xəbər verdiyimiz kimi, Abşeronda bədbəxt hadisə baş verib.

arrow Ətraflı
İdeal ciyər resepti  Əvvəl ciyər qovrulur, yoxsa soğan? like
  • 02 Noy 07:07  
Digərləri İdeal ciyər resepti Əvvəl ciyər qovrulur, yoxsa soğan?

Ciyər bişirilərkən əvvəlcə ciyər kiçik kub şəklində doğranılır, u

arrow Ətraflı
12ci mərtəbədən yıxılan oğlan oraya hazırlığa gəlirmiş like
  • 02 Noy 07:02  
Digərləri 12ci mərtəbədən yıxılan oğlan oraya hazırlığa gəlirmiş

"Kristal Abşeron" yaşayış kompleksində yeniyetmə 17 mərtəbəl

arrow Ətraflı
"Bu ölkənin qadınları özünə baxmır" like
  • 02 Noy 05:05  
Digərləri "Bu ölkənin qadınları özünə baxmır"

Rusiyalı səyahətçi Yaponiyaya səfəri zamanı oradakı qadınların bədən

arrow Ətraflı
Teztez münasibət yaşamaq xərçəngdən qoruyurmuş like
  • 02 Noy 04:04  
Digərləri Teztez münasibət yaşamaq xərçəngdən qoruyurmuş

Alimlər prostat xərçənginin qarşısını almaq üçün kişilərə lazım o

arrow Ətraflı
Hər gün mixək çubuğu çeynəsək, NƏ OLAR? like
  • 02 Noy 03:03  
Digərləri Hər gün mixək çubuğu çeynəsək, NƏ OLAR?

Mixəyin sonsuz faydalarına dair Çin təbabətində geniş məlumat var. Çinl

arrow Ətraflı
Püstənin faydaları like
  • 02 Noy 02:02  
Digərləri Püstənin faydaları

Bir çox vitamin və mineralı özündə birləşdirən püstə yaşlanmanı gec

arrow Ətraflı
Dünyanın ən yaşlı qadınının uzunömürlülük SİRRİ like
  • 02 Noy 01:01  
Digərləri Dünyanın ən yaşlı qadınının uzunömürlülük SİRRİ

Alimlər dünyada ən uzunömürlü insan kimi tanınan Maria Branyas Moreranın

arrow Ətraflı
Yaponlar plovu belə bişirir: Dəndən olmasının sirri like
  • 02 Noy 00:38  
Digərləri Yaponlar plovu belə bişirir: Dəndən olmasının sirri

Artıq yapışqan, lapa plov dövrü bitir. Yaponların illərdir tətbiq etdiyi

arrow Ətraflı
Qara, yaşıl və ya adaçayı deyil: Ən sağlam çay bu imiş like
  • 02 Noy 00:25  
Digərləri Qara, yaşıl və ya adaçayı deyil: Ən sağlam çay bu imiş

Qış yaxınlaşdıqca "hansı çay həqiqətən faydalıdır?" sualı

arrow Ətraflı
"Mən də qızımın toyunda belə etdim" like
  • 02 Noy 00:13  
Şou-biznes "Mən də qızımın toyunda belə etdim"

"Toy iqtisadi platforma idi. Burada nə qədər çalışan var idi: aşpaz,

arrow Ətraflı
Günün qoroskopu: Daxili dəyərlərinizə uyğun qərar verin like
  • 02 Noy 00:01  
Digərləri Günün qoroskopu: Daxili dəyərlərinizə uyğun qərar verin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Daş Salnamə Muzeyində “Suyun sirri” pantomim tamaşası təqdim olunub like
  • 01 Noy 23:58  
Kriminal Daş Salnamə Muzeyində “Suyun sirri” pantomim tamaşası təqdim olunub

Daş Salnamə Muzeyində "Bakıya Uçuş. İncəsənət həftəsonu: Gələ

arrow Ətraflı
“Art Weekend” festivalı çərçivəsində Daş Salnamə Muzeyində sərgilər açılıb like
  • 01 Noy 23:44  
Kriminal “Art Weekend” festivalı çərçivəsində Daş Salnamə Muzeyində sərgilər açılıb

Bakının mədəni həyatını zənginləşdirən "Art Weekend" festiv

arrow Ətraflı