İtkin şəhidi Elçin Quliyev dəfn olunub
Digərləri 30 Okt 2025 14:26:00 72 0
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Elçin Balaxan oğlu Quliyevin qalıqları oktyabrın 30-da paytaxtın Suraxanı rayonu ərazisində yerləşən "Dədə Qorqud" qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn olunub.
Bu xəbəri də oxu: Yerə düşən bayrağı "göydə tutan" qadına pul verdilər FOTO
Son.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.
İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.
Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Elçin Quliyev 1965-ci il oktyabrın 15-də anadan olub. O, 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşüb. Elçin Quliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilərək bu gün dəfn olunan dörd şəhiddən biridir.
Oğurlanmış və ya tamamilə sıradan çıxmış avtomobillərin şassi, müh�
Uzun illər sənətdən uzaq qalan "Avroviziya" təmsilçimiz Aysel Te
Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.
Türkiyənin məşhur geyim markası "DeFacto" Azərbaycandakı fəali
Heydər Əliyev Sarayının direktoru və aktyor İlham Qasımov paylaşımı il
Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan
Şuşa Dövlət Musiqili Dram Tearının direktoru Yadigar Muradov süni nəfəs
Rio-de-Janeyro - okeanla dağlar arasındakı xəttin təkcə təbiətin sərhə
Rusiya polisi toy karvanında atəş açmaqda şübhəli bilinən şəxsləri sa
Bakını tərk edən xarici turistin hərəkəti sosial şəbəkələrdə maraql
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
ABŞ-ın Nyu-York şəhərində federal məhkəmə İranın dəstəyi ilə həya
"Yeni Klinika" publik hüquqi şəxsi kamera sisteminə 396 673 AZN x�
