“Hamilə olduğunu toy günü öyrəndik” Əfsanənin atası


Digərləri 30 Okt 2025 19:19:00 69 0

“Hamilə olduğunu toy günü öyrəndik”  Əfsanənin atası

Astarada toyunun səhəri faciəli şəkildə ölən 17 yaşlı Əfsanə İmanovanın atası danışıb.

Son.az "Bizim.Media"ya istinadən xəbər verir ki, ata, Maqsud İmanov qızının hamilə olduğunu toy günü öyrəndiyini deyib:

"Qızımla oğlan 8-9 ay idi ki, nişanlı idilər. Mən onun hamilə olduğunu bilmirdim. Toy günü xəstəxanaya gedəndə öyrəndik ki, 7 aylıq imiş. Ona qədər heç nə hiss etməmişdik".

"Qızınızı erkən yaşda niyə nişanlayıb ərə verirdiniz?" sualına ata belə cavab verib:

"18 yaşına 3 ay qalmışdı da..."

Əfsanənin qayınatası Aqil Cevziyev isə qudasından fərqli olaraq baş verən hadisə ilə bağlı üzüntüsünü dilə gətirib:

"Çox pis hadisə oldu, başımızı itirmişik. Oğlumun 22 yaşı var, 8 ay əvvəl Əfsanə ilə nişanlanmışdılar. Qızın hamilə olduğunu toydan bir həftə əvvəl bildik, amma 7 aylıq olduğunu bilmirdik. Toy dəvətnamələri artıq paylanmışdı. Xəcalət çəkməyək deyə toy etməyə qərar verdik".

Cevziyevin sözlərinə görə, Əfsanə toy ərəfəsində ata evində olarkən bir qədər qızdırmalı olub, lakin ciddi səhhət problemi müşahidə edilməyib:

"Toy günü də halı normal idi. Təxminən saat 5-də gəlin evə gətirildi. Az sonra oğlum zəng edib dedi ki, Əfsanənin vəziyyəti pisləşib. Dərhal təcili yardım çağırdım və xəstəxanaya apardım..."

O, həmçinin mediada yayılan "cütlüyün Bakıda istixanalarda işləməsi" barədə məlumatların həqiqət olmadığını da vurğulayıb:

"Onlar heç vaxt kənddən kənara çıxmayıblar, hər ikisi burada yaşayırdı".

Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma davam edir.

Qeyd edək ki, hadisə ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Əfsanənin nikah yaşına çatmadan ərə verilməsi, üstəlik 7 aylıq hamilə olması ciddi qınaq doğurub. Son.az

Beyləqanda ağır qəza  4 nəfər xəsarət aldı like
  • 30 Okt 19:06  
Digərləri Beyləqanda ağır qəza 4 nəfər xəsarət aldı

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Evlilər subaylardan daha xoşbəxt imiş  Araşdırma like
  • 30 Okt 19:00  
Digərləri Evlilər subaylardan daha xoşbəxt imiş Araşdırma

Alimlər evliliyin insanın xoşbəxtlik səviyyəsinə necə təsir etdiyini ar

arrow Ətraflı
Rusiyaya məxsus kamikadze yaşayış binasına düşdü like
  • 30 Okt 18:26  
Dünya Rusiyaya məxsus kamikadze yaşayış binasına düşdü

Rusiyaya məxsus kamikadze tipli pilotsuz uçuş aparatı yaşayış binasını

arrow Ətraflı
Təcili tibbi yardım maşını avtomobillə toqquşdu like
  • 30 Okt 18:06  
Digərləri Təcili tibbi yardım maşını avtomobillə toqquşdu

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirilib like
  • 30 Okt 18:04  
Digərləri Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirilib

Məşhur dirijor, professor Rauf Abdullayev Bakı Sağlamlıq Mərkəzinə yerl�

arrow Ətraflı
Yeni "AirPods" problemli çıxdı like
  • 30 Okt 18:00  
Digərləri Yeni "AirPods" problemli çıxdı

Yeni "AirPods Pro 3"lərdə problem aşkarlanıb.

arrow Ətraflı
Şəkidə mikroavtobus ağaca çırpıldı  Sürücü xəsarət aldı like
  • 30 Okt 17:52  
Digərləri Şəkidə mikroavtobus ağaca çırpıldı Sürücü xəsarət aldı

Şəkidə sərnişin daşıyan mikroavtobus ağaca çırpılıb, xəsarət alan

arrow Ətraflı
Göygöldə silahlı şəxslər tərəfindən qaçırılan 62 baş toyun tapıldı like
  • 30 Okt 17:49  
Digərləri Göygöldə silahlı şəxslər tərəfindən qaçırılan 62 baş toyun tapıldı

Göygöldə silahlı şəxslər tərəfindən bir müddət əvvəl fermadan oğu

arrow Ətraflı
7 yaşından atalıq edən şəxsə qoşulub QAÇDI: anası ilə canlı efirdə belə üzləşdi like
  • 30 Okt 17:41  
Digərləri 7 yaşından atalıq edən şəxsə qoşulub QAÇDI: anası ilə canlı efirdə belə üzləşdi

Türkiyədə baş verən inanılmaz hadisə ictimaiyyətdə böyük rezonans yar

arrow Ətraflı
Adnanın yaxtası Barselona sahillərində  “Alkagesta” beynəlxalq sularda oyun çıxarır like
  • 30 Okt 17:35  
Digərləri Adnanın yaxtası Barselona sahillərində “Alkagesta” beynəlxalq sularda oyun çıxarır

Hazırda Bakıda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə məxsus məşhur

arrow Ətraflı
"Monitor şiri" dövrü bitdi   Təhqir etməzdən əvvəl bunları bilməlisiniz like
  • 30 Okt 17:30  
Digərləri "Monitor şiri" dövrü bitdi Təhqir etməzdən əvvəl bunları bilməlisiniz

Sosial şəbəkələri bəziləri əyləncə, bəziləri ünsiyyət üçün, dig

arrow Ətraflı
Azərbaycanda ilk qadın taksi sürücüləri işə başlayıblar like
  • 30 Okt 17:22  
Digərləri Azərbaycanda ilk qadın taksi sürücüləri işə başlayıblar

Bu günə qədər taksi sürücüsü olmaq istəyən 169 qadın Rəqəmsal İnki

arrow Ətraflı
Bağçada azyaşlıya qarşı şiddət göstərilib  GÖRÜNTÜLƏR like
  • 30 Okt 17:16  
Digərləri Bağçada azyaşlıya qarşı şiddət göstərilib GÖRÜNTÜLƏR

Azərbaycanda bağçaların birində azyaşlıya qarşı şiddəti əks etdirən

arrow Ətraflı