Masallıda həkimlərə görə körpə infeksiyaya yoluxub? Açıqlama


Digərləri 25 Okt 2025 13:13:00 89 0

Masallıda həkimlərə görə körpə infeksiyaya yoluxub?  Açıqlama

"Övladım dünyaya gələndən 2 gün sonra infeksiyaya yoluxub. Uşağımın bu hala düşməsində günahkar həkimlərdir".

Son.az bildirir ki, bu iddia ilə Masallı rayon Rüdəkənar kənd sakini Elçin Ağayev müraciət edib. 

Sakinin sözlərinə görə oktyabrın 1-də Masallı rayon Mərkəzi Xəstəxanasında oğlu dünyaya gəlsə də, amma ailə bunun sevincini yaşaya bilməyib:

"20 gündən çoxdur ki, uşağım doğulub, amma biz onu evimizə apara bilməmişik. Sevincimiz ürəyimizdə qalıb. Oğlum doğulduqdan 2 gün sonra infeksiyaya yoluxub. Doğuş şöbəsinin müdirindən övladımın bu hala niyə düşməsinin səbəbini soruşmaq istəyəndə Təhminə həkim məni otağından qovur. Orada konkret özbaşınalıq hökm sürür. 9 ay müddətində uşaqda heç bir problem olmayıb. Həmçinin doğuşdan bir gün sonra da yoxlanış olub, heç bir problem aşkarlanmayıb. E-təbib portalına da bunlar yerləşdirilib".

"Bütün səhlənkarlıqlara səbəbkar Təhminə həkim və tibb bacılarıdır. Uşaq həkimlərin əlində əlcək olmadan ana bətnindən azad edilib. Küvəz dezinfeksiya olunmayıb, göbəkkəsici qayçı da həmçinin. Bütün bunlar yoldaşımın gözü qarşısında baş verib. Doğumdan iki gün sonra anidən uşaqda qıcolma başlayıb. Həyat yoldaşım uşağın narahat olduğunu görüb, həkim və tibb bacısı çağırıb, onlar da gec gəliblər. Uşağı nəzarətdə saxlamaq əvəzinə, aşağı mərtəbədə çay içiblər. Mənim uşağım tam sağlam idi və indi evində olmalı idi. Hazırda uşaq Respublika Pediatriya İnstitutundadır. Vəziyyəti yaxşıya doğru gedir". 

Məsələ ilə bağlı qafqazinfo Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. TƏBİB müraciətə belə cavab verib:

"Ağayeva Miranə Valeh qızı 01.10.2025-ci il tarixində 40 həftə 6 gün hamiləlik diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasın Doğum və ginekologiya şöbəsinə müraciət edib. 01.10.2025-ci il tarixində saat 12:10 radələrində 2500 qr. çəkidə, 49 sm boyda olan uşaq (kişi) mekonial sularda doğuşu həyata keçirilib və həkim-neonatoloqa təhvil verilib. Yeni doğulmuş uşaq doğulduğu vaxtdan etibarən stasionar müalicə alaraq stabilləşdirilib və 04.10.2025-ci il tarixdə saat 11:50 radələrində təcili yardım avtomobili ilə yeni doğulmuşun dəqiqləşməmiş tənəffüs pozğunluğu diaqnozu ilə ixtisaslı müalicə üçün Elmi-Tədqiqat Pediatriya İnstitutuna təxliyə edilib".


Xəbərə aid fotolar

Məşhur jurnalist vəfat etdi  FOTO like
  • 25 Okt 13:08  
Digərləri Məşhur jurnalist vəfat etdi FOTO

Məşhur idman jurnalisti Faiq Çetiner 69 yaşında dünyasını dəyişib.

arrow Ətraflı
"Axmaq deyib, lağa qoyurdular"  Bekhemdən etiraf  FOTO like
  • 25 Okt 13:02  
Şou-biznes "Axmaq deyib, lağa qoyurdular" Bekhemdən etiraf FOTO

Dizayner və David Bekhemin həyat yoldaşı Viktoriya Bekhem uşaq və yeniyet

arrow Ətraflı
Gələn həftənin ulduz falı: Gözlənilməz dəyişikliklər ola bilər like
  • 25 Okt 12:30  
Digərləri Gələn həftənin ulduz falı: Gözlənilməz dəyişikliklər ola bilər

Oktyabrın 27-dən noyabrın 2-dək olan həftə üçün bütün bürclərə aid

arrow Ətraflı
Art Weekend zamanı  “Dəniz, çox sağ ol!  təqdim ediləcək  VİDEO like
  • 25 Okt 12:23  
Kriminal Art Weekend zamanı “Dəniz, çox sağ ol! təqdim ediləcək VİDEO

31 oktyabr-2 noyabr tarixlərində Bakıda baş tutacaq incəsənət həftəsonu

arrow Ətraflı
Şahzadənin oğlu narkotik istifadə edirmiş  Həbsdən yeni çıxmışdı... like
  • 25 Okt 12:17  
Dünya Şahzadənin oğlu narkotik istifadə edirmiş Həbsdən yeni çıxmışdı...

Norveç vəliəhd şahzadəsi Mete-Maritin oğlu Marius Borg Hoiby barəsində y

arrow Ətraflı
Kirayə mənzil qiymətləri artacaq  AÇIQLAMA like
  • 25 Okt 12:00  
Digərləri Kirayə mənzil qiymətləri artacaq AÇIQLAMA

2026-cı ilin Dövlət Büdcəsi Haqqında Qanuna əsasən, yaşayış evini kir

arrow Ətraflı
Bakı metrosunda dava: 4 nəfər saxlanıldı like
  • 25 Okt 11:45  
Digərləri Bakı metrosunda dava: 4 nəfər saxlanıldı

Bakı metrosunda xoşagəlməz hadisə baş verib.

arrow Ətraflı
Bərdədə maşın arxa aşdı  Ölən var like
  • 25 Okt 11:40  
Digərləri Bərdədə maşın arxa aşdı Ölən var

Bərdədə maşın su arxına aşıb, sürücü ölüb.

arrow Ətraflı
Musiqi müəllimi iş başında öldü like
  • 25 Okt 11:30  
Digərləri Musiqi müəllimi iş başında öldü

Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin müəllimi vəfat edib.

arrow Ətraflı
Onlara xüsusi güzəşt ediləcək  RƏSMİ like
  • 25 Okt 11:30  
Digərləri Onlara xüsusi güzəşt ediləcək RƏSMİ

2025-2026-cı tədris ilində Azərbaycan ali təhsil müəssisələrində 62 xa

arrow Ətraflı
Nazirlik pensiya ödənişləri ilə bağlı məlumat yaydı like
  • 25 Okt 11:24  
Digərləri Nazirlik pensiya ödənişləri ilə bağlı məlumat yaydı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı
Azərbaycanın kapital bazarı üçün yeni dövr başlanır like
  • 25 Okt 11:16  
Siyasət Azərbaycanın kapital bazarı üçün yeni dövr başlanır

Azərbaycanın kapital bazarı uzun illər ərzində bir sıra xroniki probleml�

arrow Ətraflı
Zabil Qəhrəmanovun saxlanılmasına səbəb olan hadisənin görüntüləri like
  • 25 Okt 11:11  
Digərləri Zabil Qəhrəmanovun saxlanılmasına səbəb olan hadisənin görüntüləri

Tanınmış vəkil Zabil Qəhrəmanovun saxlanılmasına səbəb olan hadisənin

arrow Ətraflı
Bu yanacaqdoldurma məntəqəsi bağlandı  FOTO like
  • 25 Okt 11:05  
Digərləri Bu yanacaqdoldurma məntəqəsi bağlandı FOTO

Naxçıvanda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi bağlanıb.

arrow Ətraflı