Kamaləddin Qafarov: “Qubadlının azad olunması Zəfərin mühüm strateji mərhələsi idi”
Digərləri 25 Okt 2025 11:00:00 67 0
"25 oktyabr Azərbaycan tarixinin unudulmaz səhifələrindən biridir. Bu gün biz təkcə bir şəhərin işğaldan azad edilməsini deyil, həm də 44 günlük Vətən müharibəsinin gedişində böyük dönüş yaradan tarixi bir mərhələni qeyd edirik". Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Bu xəbəri də oxu: Masallıda həkimlərə görə körpə infeksiyaya yoluxub? Açıqlama
O, bildirib ki, Qubadlı şəhəri strateji baxımdan mühüm mövqedə yerləşdiyi üçün onun azad olunması həm əməliyyat planına, həm də müharibənin ümumi gedişatına böyük təsir göstərmişdir." Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Şəhər və ətraf kəndlər düşmən tərəfindən möhkəmləndirilmiş istehkamlarla qorunurdu. Düşmən hərbi birləşmələrini yüksək dağ mövqelərində yerləşdirmişdi və buradan ordumuzun hərəkət istiqamətlərinə müntəzəm atəş açırdı. Lakin Azərbaycan əsgəri qarşısında bu istehkamlar da tab gətirmədi. Əvvəlcə strateji yüksəkliklər ələ keçirildi, ardınca Xanlıq, Padar, Sarıyataq kimi kəndlər düşməndən təmizləndi. Nəhayət, 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərinə daxil olaraq orada dövlət bayrağımızı ucaltdı." Millət vəkilinin fikrincə, Qubadlı əməliyyatının uğurla başa çatması, əslində, Zəngilan və Laçın istiqamətlərində də növbəti qələbələrin əsasını qoydu: "Məhz Qubadlının azad olunması ilə Azərbaycan Ordusu həm Qarabağın cənub-qərb hissəsində strateji nəzarəti təmin etdi, həm də Ermənistan ordusunun logistika xətlərini tam çökdürdü. Düşmənin müqavimət gücü qırıldı, onun müdafiə sistemində ciddi boşluqlar yarandı. Bu isə müharibənin son mərhələsinə - Şuşa əməliyyatına doğru gedən yolda çox vacib addım idi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan bu əməliyyat bir daha sübut etdi ki, Azərbaycan Ordusu dünyanın ən peşəkar və müasir ordularından biridir. Ordumuzun yüksək döyüş ruhu, texniki təchizatı və taktiki hazırlığı bu uğurun qazanılmasında əsas amillərdən oldu. Qubadlı uğrunda döyüşlərdə iştirak edən igid hərbçilərimizin qəhrəmanlıqlarının əbədiləşdirilməsi məqsədilə dövlət başçısının müvafiq Sərəncamı ilə "Qubadlının azad olunmasına görə" medalı təsis edilib. Bu medal təkcə fərdi igidliyin deyil, həm də xalqın birliyinin, vətənpərvərlik ruhunun rəmzidir. Bu gün 25 oktyabr - Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən bu tarix Azərbaycanın Zəfər salnaməsinin ayrılmaz hissəsidir. Qubadlı şəhəri günü hər bir azərbaycanlı üçün qürur, fərəh və minnətdarlıq günüdür" .
Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı profilaktika işləri davam edi
Oktyabr ayının son günləri bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
ABŞ Kolumbiya Prezidenti Qustavo Fransisko Petro Urreqonu (Gustavo Petro) narko
Bakıda orta yaşlı kişi motosikletçini yıxmağa cəhd edib.
Rusiyaya qarşı Ukraynadakı müharibəsinə görə tətbiq olunan sanksiyalar
Rusiya ordusu Kiyevə ballistik raketlərlə zərbə endirib.
Bu gündən etibarən Azərbaycan üzrə fəaliyyət göstərən heyvan bazarlar
25 oktyabr üçün Tarot proqnozu xəbərdarlıq edir: taleyin gücü, keçmişd
Çin tərəfindən Ayın uzaq, qaranlıq tərəfinə göndərilən Chang'e-6
Fəsil keçidləri ilə birlikdə artan soyuqdəymə, qrip və boğaz ağrısı
ABŞ-də yaşayan 40 yaşlı Keya Vinqfild arıqlama prosesində nə "Ozem
Mütəxəssislər bildirirlər ki, sağlam qidalanma pəhriz trendlərindən ço
Alimlər mədə-bağırsaq xərçənginin inkişaf səbəbini müəyyən ediblə
Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi gündəlik qidalar baş ağrıs�
