Bakıda tələbə söyüş üstündə adam öldürdü


Kriminal 21 Okt 2025 00:05:00 72 0

Bakıda tələbə söyüş üstündə adam öldürdü

2024-cü il noyabrın 16-da Bakının Nizami rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, cinayət Özbəkistan küçəsi 1-də kafenin qarşısında baş verib.

Hadisə yerinə çıxın əməliyyatçılar orada üzərində bıçaq xəsarəti olan 1995-ci il təvəllüdlü Ümid Soltanovun meyitini aşkar ediblər.   25-ci Polis Şöbəsinə könüllü gələn Füzuli rayon sakini, 2007-ci il təvəllüdlü Həsən Kazımov təxminən 1 saat əvvəl tanımadığı şəxsi bıçaqlaması haqda məlumat verib.

Növbətçiyə üzərində gəzdirdiyi 2 ədəd bıçağı və mobil telefonunu da təqdim edib.   Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, noyabrın 16-ı saat 22:30-da Həsən Kazımov Özbəkistan küçəsi, 1 ünvanında yerləşən "Məhəllə" adlı kafeyə daxil olmaq istəyib. Bu zaman obyektin qarşısında dayanmış Ümid Soltanov, Adil İsmayılov və qeyriləri, öz aralarında nalayiq ifadələr işlədib yüksək səslə danışdıqlarına görə, Həsən onlara iradını bildirib. Yaranmış mübahisə zamanı Həsən Kazımov yumruqla Adil İsmayılovun üzünə yumruqla zərbələr vurub. Qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək Həsən Kazımov Ümid Soltanovla əlbəyaxa olub və üzərindəki bıçaqla ilə qalça nahiyəsinə var gücü ilə zərbə endirib. Nəticədə Ümid Soltanov ölüb.

Məhkəmə iclasında Həsən Kazımov ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, valideynləri, qardaşı və bacısı ilə birlikdə yaşayıb. 1-ci sinifdən 9-cu sinifə kimi Nizami rayonunda yerləşən 12 nömrəli orta məktəbdə oxuyub, 2021-ci ildə 13 nömrəli Bakı Kompüter Peşə Liseyinin kompüter təmiri fakültəsinə qəbul olunub, hazırda həmin liseyin 3-cü kurs tələbəsidir:

"10 yaşımdan MMA döyüş növü ilə məşğulam. Əvvəllər məhkum olunmamışam. Barəmdə polis və ya başqa orqanda araşdırma aparılmayıb. Narkotik maddəllər qəbul etmirəm. Noyabrın 16-ı saat 22-də Rəvan, Feyyaz və Emil adlı dostlarımla marketdən qazlı içki aldıqdan sonra Özbəkistan küçəsində yerləşən kafeyə doğru getdim. Obyektin qarşısında dayanan tanımadığım 7-8 nəfər öz aralarında nalayiq ifadələr işlədərək, uca səslə danışırdılar. Aralarında bir nəfər hamıdan çox söyüşlərdən istifadə edirdi.  Onlara "burdan ailələr keçir, yaşayış yeridir, söyüş söymək olmaz" deyə, irad bildirdim. Kütlənin içindən bir nəfər ona "qardaşım, içkilidir, yola ver, fikir vermə" dedi. Sonradan tanıdığım Adil İsmayılov üzərimə gəlib, "nə demək istədiyimi?!" söylədi və dərhal yumruqla baş nahiyəmə zərbə vurdu. Zərbədən yerə yıxılmadım. Həmin şəxs boyca məndən hündür və güclü idi. Ardınca digər şəxslər də üzərimə gəlib məni döyməyə başladılar. O qədər zərbə aldım ki, başımı qaldırmağa halım olmadı.

Özümü qorumasam, ölə biləcəyimi düşünürdüm. Buna görə də, gödəkçəmin cibindən bıçağı sağ əlimə götürərək Ümid Soltanovun qarın nahiyəsinə 1 dəfə zərbə vurdum. Bizi ayırmağa çalışanlar  bıçaq çıxardığımı gördükdən sonra nisbətən aralandılar. Dava zamanı dostlarımın nə etdiklərini görmədim. Bıçağı cibimə qoyub arxa məhəllə tərəfə qaçdım. Tanışım Rəşid Süleymanovun evinə getdim, sonra dostlarım da ora gəldi. Onlar mənim Ümidi bıçaqla vurduğumu görmədiklərini bildirdilər. Evdə hadisəni ailə üzvlərimə danışdım. Onlarla vidalaşdıqdan sonra könüllü şöbəyə getdim. Məni ilk vuran şəxsin kim olduğunu bilmədim, sonradan polislərdən öyrəndim ki, məni Adil İsmayılov vurub".

Davanın səbəbkarı məhz həmin şəxs olub. İstintaq dövründə verdiyi ilkin ifadəsini təsdiq etmir. Vurduğu bıçaq zərbəsindən Ümidin ölə biləcəyini düşünməyib.    Zərərçəkmiş şəxsin hüquqi varisi Hikmət Soltanov ifadəsində göstərib ki, oğlu Ümid Soltanov özəl şirkətdə lift mexaniki vəzifəsində işləməklə, digər oğlu Toğrulla birlikdə Yasamal rayonunda, Xarici dairəvi yol, 8 ünvanında yaşayıb:

"Noyabrın 17-də səhər mənə xəbər verdilər ki, Ümid gecə saatlarında qətlə yetirilib. Sonradan bildim ki, oğlumu aralarında baş vermiş mübahisə zamanı Həsən Kazımov bıçaqlayaraq, öldürüb. Təqsirləndirilən şəxs oğlumu həyatdan məhrum etməklə, ailəmizə böyük zərbə vurub. Ümidin ölümündən sonra nənəsi komaya düşüb, arvadım isə şəkər xəstəliyinə tutulub. Özümün psixikam tamamilə pozulub".

Günün qoroskopu: Ən güclü olan – sükutla dəyişəndi like
  • 21 Okt 00:01  
Digərləri Günün qoroskopu: Ən güclü olan – sükutla dəyişəndi

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
"Kişi gəlib namaz qılmağa, damda güdüb, vurub” like
  • 20 Okt 23:52  
Digərləri "Kişi gəlib namaz qılmağa, damda güdüb, vurub”

Ötən gün Xaçmazda baş verən qətlin təfərrüatları məlum olub.

arrow Ətraflı
Rəsul Quliyev Azərbaycana qayıdır? like
  • 20 Okt 23:48  
Siyasət Rəsul Quliyev Azərbaycana qayıdır?

Milli Məclisinin sabiq sədri, hazırda ABŞ-də yaşayan Rəsul Quliyevin qız

arrow Ətraflı
Ermənistanda etirazlar  Gürcüstanla sərhədi bağladılar like
  • 20 Okt 23:46  
Digərləri Ermənistanda etirazlar Gürcüstanla sərhədi bağladılar

Ermənistan-Gürcüstan sərhədindəki "Bavra", "Baqrataşen&quo

arrow Ətraflı
Tikintidə istifadə olunan bu materiallar insan sağlamlığı üçün zərərlidir like
  • 20 Okt 23:31  
Digərləri Tikintidə istifadə olunan bu materiallar insan sağlamlığı üçün zərərlidir

Bəzi tikinti materialları insan sağlamlığı üçün zərərlidir.

arrow Ətraflı
“Kurtlar Vadisi”nin “Ermiş”i evləndi – like
  • 20 Okt 23:17  
Şou-biznes “Kurtlar Vadisi”nin “Ermiş”i evləndi –

Məşhur "Kurtlar Vadisi" serialında Eren Eylül obrazını canlandı

arrow Ətraflı
Kişilər mütləq bu 5 qidadan yeməlidir, yoxsa...  Uroloqdan açıqlama like
  • 20 Okt 23:00  
Digərləri Kişilər mütləq bu 5 qidadan yeməlidir, yoxsa... Uroloqdan açıqlama

Kişilərin reproduktiv sağlamlığı, o cümlədən potensiyası birbaşa qida

arrow Ətraflı
Zelenskinin "Instagram" paylaşımı ölkə gündəmini qarışdırdı  OnlyFans modelini... like
  • 20 Okt 22:57  
Dünya Zelenskinin "Instagram" paylaşımı ölkə gündəmini qarışdırdı OnlyFans modelini...

Ukrayna Rusiya ilə üç ildir davam edən müharibənin içində olduğu bir va

arrow Ətraflı
Azərbaycan nümayəndə heyəti Avropa İttifaqının yüksək səviyyəli toplantısında iştirak edib like
  • 20 Okt 22:36  
Siyasət Azərbaycan nümayəndə heyəti Avropa İttifaqının yüksək səviyyəli toplantısında iştirak edib

20 oktyabr 2025-ci il tarixində Lüksemburqda Avropa İttifaqının təşkilat�

arrow Ətraflı
Dabaq xəstəliyi alıcıları qorxuya saldı  bazarda vəziyyət ürəkaçan deyil like
  • 20 Okt 22:25  
Digərləri Dabaq xəstəliyi alıcıları qorxuya saldı bazarda vəziyyət ürəkaçan deyil

Heyvanlar arasında dabaq xəstəliyi yayılması ilə bağlı məlumatlar süd

arrow Ətraflı
"Green Card" üçün qeydiyyat niyə gecikir?  RƏSMİ CAVAB like
  • 20 Okt 22:11  
Digərləri "Green Card" üçün qeydiyyat niyə gecikir? RƏSMİ CAVAB

ABŞ-nin "Green Card" (Yaşıl Kart) lotereyası üzrə qeydiyyatın g

arrow Ətraflı
Enerji içkilərində həqiqətən vitamin var?  Həkim sirri açdı like
  • 20 Okt 22:00  
Digərləri Enerji içkilərində həqiqətən vitamin var? Həkim sirri açdı

Perm Milli Tədqiqat Politexnik Universitetinin alimlərinə görə, enerji içk

arrow Ətraflı
Hazırlığa apardığı məktəbliyə etdiyi hərəkətlərə görə taksi sürücüsü həbs edildi like
  • 20 Okt 21:47  
Digərləri Hazırlığa apardığı məktəbliyə etdiyi hərəkətlərə görə taksi sürücüsü həbs edildi

Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü

arrow Ətraflı
Ermənilərin azərbaycanlıları qətlə yetirmələri ilə bağlı ifadələr elan olunub like
  • 20 Okt 21:40  
Siyasət Ermənilərin azərbaycanlıları qətlə yetirmələri ilə bağlı ifadələr elan olunub

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
"Yutub qazancım bütün müğənnilərin gəlirindən çoxdur" like
  • 20 Okt 21:39  
Şou-biznes "Yutub qazancım bütün müğənnilərin gəlirindən çoxdur"

Müğənni Şəbnəm Tovuzlu yutubdan qazadığı aylıq gəlirindən danışıb

arrow Ətraflı