Dabaq xəstəliyi alıcıları qorxuya saldı bazarda vəziyyət ürəkaçan deyil


Digərləri 20 Okt 2025 22:25:00 70 0

Dabaq xəstəliyi alıcıları qorxuya saldı  bazarda vəziyyət ürəkaçan deyil

Heyvanlar arasında dabaq xəstəliyi yayılması ilə bağlı məlumatlar süd və süd məshulları bazarına da təsir edib.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, əvvəllər mütəmadi süd məhsulları alanlar indi ehtiyat etdiklərini deyirlər.

Satıcılar isə satışda problem olmadığını, süd və süd məhsulları satışının davam etdiyini bildirirlər.

Satıcıların sözlərinə görə, xəstəliklə bağlı insanlar arasında qorxu olsa da, bu, məhsulların keyfiyyətsiz olması demək deyil.

Satıcılardan satdıqları məhsulların yoxlamadan keçib-keçmədiyini soruşduq. Əksəriyyəti yoxlamadan keçirildiyini desələr də, bunu təsdiq edən heç bir sənədi təqdim edə bilmədilər. 

Həkimlər isə bu xəstəliklə bağlı insanları diqqətli olmağa səsləyirlər. Çünki xəstəliyə yoluxma tez baş verir və ciddi fəsadlara səbəb olur.

Bəs bazarlara daxil olan məhsullara Qida Təhlükəsizliyi Agentliyi tərəfindən necə nəzarət edilir?

AQTA-dan bildirilib ki, ilin əvvəlində təsdiq olunmuş planlı yoxlamalar, eyni zamanda, daxil olan şikayətlər və mediada yayılan məlumatlar əsasında bazar və digər satış şəbəkələri də daxil olmaqla qida zənciri boyu yoxlama-nəzarət tədbirləri davam etdirilir. Süd məhsulları yüksək riskli qida məhsulları hesab olunduğu üçün belə qida məhsullarının satışı qida təhlükəsizliyi norma və tələblərinə uyğun həyata keçirilməlidir. Bazarlarda sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət olunmalı, tez xarab olan məhsulların satışı üçün sahələr soyuducu dolab və ya vitrin, həmçinin dondurucularla təchiz edilməli, yararlılıq müddəti göstərilməmiş, istifadə müddəti ötmüş məhsullar satılmamalıdır. Qanunvericiliyə əsasən, bununla bağlı sahibkarlıq subyektləri, o cümlədən bazar rəhbərləri birbaşa məsuliyyət daşıyırlar.

Reallıq budur ki, dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlar insanlar arasında ciddi narahatlıq yaradıb. Süd və süd məhsulları da risk kateqoriyasına daxil olduğu üçün təhlükə var. Bazarlarda isə satıcılar satdıqları məhsulların yoxlamadan keçdiyini təsdiq edən sənədləri təqdim edə bilmirlər. Yəqin ki, olsaydı, təqdim edilərdi.

Daha ətraflı videomaterialı təqdim edirik. Son.az

"Green Card" üçün qeydiyyat niyə gecikir?  RƏSMİ CAVAB like
  • 20 Okt 22:11  
Digərləri "Green Card" üçün qeydiyyat niyə gecikir? RƏSMİ CAVAB

ABŞ-nin "Green Card" (Yaşıl Kart) lotereyası üzrə qeydiyyatın g

arrow Ətraflı
Enerji içkilərində həqiqətən vitamin var?  Həkim sirri açdı like
  • 20 Okt 22:00  
Digərləri Enerji içkilərində həqiqətən vitamin var? Həkim sirri açdı

Perm Milli Tədqiqat Politexnik Universitetinin alimlərinə görə, enerji içk

arrow Ətraflı
Hazırlığa apardığı məktəbliyə etdiyi hərəkətlərə görə taksi sürücüsü həbs edildi like
  • 20 Okt 21:47  
Digərləri Hazırlığa apardığı məktəbliyə etdiyi hərəkətlərə görə taksi sürücüsü həbs edildi

Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü

arrow Ətraflı
Ermənilərin azərbaycanlıları qətlə yetirmələri ilə bağlı ifadələr elan olunub like
  • 20 Okt 21:40  
Siyasət Ermənilərin azərbaycanlıları qətlə yetirmələri ilə bağlı ifadələr elan olunub

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
"Yutub qazancım bütün müğənnilərin gəlirindən çoxdur" like
  • 20 Okt 21:39  
Şou-biznes "Yutub qazancım bütün müğənnilərin gəlirindən çoxdur"

Müğənni Şəbnəm Tovuzlu yutubdan qazadığı aylıq gəlirindən danışıb

arrow Ətraflı
Trampdan xəbərdarlıq: “150% əlavə gömrük rüsumu tətbiq ediləcək” like
  • 20 Okt 21:27  
Digərləri Trampdan xəbərdarlıq: “150% əlavə gömrük rüsumu tətbiq ediləcək”

ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq edilən əlavə gömrük rüsumları

arrow Ətraflı
Bakı mədəniyyət təşəbbüsünün əsas səhnəsinə çevriləcək like
  • 20 Okt 21:00  
Kriminal Bakı mədəniyyət təşəbbüsünün əsas səhnəsinə çevriləcək

31 oktyabr - 2 noyabr tarixlərində Heydər Əliyev Fondu və İDEA İctimai Bi

arrow Ətraflı
Alimlər xərçəngdən ölümün əsas səbəbini tapdılar like
  • 20 Okt 20:41  
Digərləri Alimlər xərçəngdən ölümün əsas səbəbini tapdılar

Xərçəngdən ölümün əsas səbəbi metastaz ( xərçəngin əsas şişində

arrow Ətraflı
Acundan mərhum iştirakçının ailəsinə JEST like
  • 20 Okt 20:25  
Şou-biznes Acundan mərhum iştirakçının ailəsinə JEST

Məşhur aparıcı Acun Ilıcalı ötən il dünyasını dəyişən Hasan Yaln�

arrow Ətraflı
Filippində güclü zəlzələ oldu like
  • 20 Okt 20:04  
Dünya Filippində güclü zəlzələ oldu

Filippində 5,8 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Şirin içkiləri bu formada içəndə dişlərə zərər vurmur  Açıqlama like
  • 20 Okt 20:00  
Digərləri Şirin içkiləri bu formada içəndə dişlərə zərər vurmur Açıqlama

Diş sağlamlığının qorunmasında düzgün qidalanma vacib rol oynayır. Hə

arrow Ətraflı
"Həzi Aslanov"da aparılan təmir işləri nə yerdədir?  AÇIQLAMA like
  • 20 Okt 19:41  
Digərləri "Həzi Aslanov"da aparılan təmir işləri nə yerdədir? AÇIQLAMA

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidə

arrow Ətraflı
İllərdir küsülü olduğu qızı ilə barışdı like
  • 20 Okt 19:24  
Şou-biznes İllərdir küsülü olduğu qızı ilə barışdı

Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı A

arrow Ətraflı