Türkiyənin ən varlı adamı dəyişdi Artıq zirvədə Murat Ülker deyil
Digərləri 20 Okt 2025 00:38:00 59 0
Forbesun yenilənmiş milyarderlər siyahısına görə, uzun illərdir Türkiyənin ən zəngin şəxsi olan Murat Ülker liderliyini itirib. Onun yerini Chobani brendinin qurucusu Hamdi Ulukaya tutub.
Bu xəbəri də oxu: İranda müxalif din xadimi güllələndi FOTO
Son.az xəbər verir ki, dünyaca məşhur Chobani yoqurt markası ilə tanınan Hamdi Ulukaya, 650 milyon dollarlıq böyük sərmayə sayəsində sərvətini 13,5 milyard dollara yüksəldib. Bu artımdan sonra o, Forbesun Real Vaxtda Milyarderlər Siyahısında 1868-ci yerdən 202-ci sıraya qalxıb.
Ulukaya şirkətin təxminən 68%-nə sahibdir. O, cəmi bir il ərzində sərvətini 11 milyard dollar artıraraq Murat Ülkeri geridə qoyub.
Murat Ülkerin sərvəti: təxminən 5,4 milyard dollar
Xatırladaq ki, Hamdi Ulukaya bir müddət əvvəl Chobani-nin Fenerbahçe Spor Klubu ilə imzaladığı böyük sponsorluq müqaviləsi ilə Türkiyədə geniş müzakirə mövzusu olmuşdu. Bu addım onun həm idman, həm də biznes dünyasında daha çox tanınmasına səbəb olmuşdu.
Beləliklə, Forbes siyahısına görə Türkiyənin yeni ən zəngin insanı Hamdi Ulukayadır. Adı artıq yalnız Türkiyədə deyil, dünyanın ən varlı iş adamları sırasında da yer alır. Lalə Qüdrətova Son.az
Xalq artisti Zülfiyyə Xanbabayeva bir neçə gün əvvəl ad gününü qeyd ed

Kredit götürmək istəyən qadına qarşı dələduzluq edilib...

Prezident İlham Əliyev Zəngilanın işğaldan azad edilməsinin növbəti ild

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 5 il ötür.

Bakıda həbs olunan "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Prezidenti İlham Əliyevin səfə

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikah f

Dabaq xəstəliyi ilə əlaqədar əksər bölgələrdə heyvan bazarları bağl

Son günlər stresli dövrdən keçən məşhur müğənni İrem Derici sağlam

Yardımlıda ov zamanı bədbəxt hadisə baş verib.

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən noyab

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ŞKTC-də keçirilən prezident se
