Zəngilan şəhərinin işğaldan azad edilməsindən 5 il ötür


Siyasət 20 Okt 2025 00:03:00 83 0

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 5 il ötür

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 5 il ötür.

Son.az xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib.

Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan döyüş əməliyyatlarının miqyasını genişləndirərək, döyüşlərin 24-cü günü Zəngilan rayonunun ərazisinə daxil olub. Düşməni sıxışdıraraq geri çəkilməyə məcbur edən ordumuz oktyabrın 20-də Zəngilan rayonunun bir neçə yaşayış məntəqəsini işğaldan qurtarıb.

Azərbaycan Ordusunun Zəngilan rayonunun yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə xəbəri Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bəyan edib.

Prezident İlham Əliyev müraciətində oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen olub), Vəng kəndlərinin (Dövlət başçısı həmin müraciətində Vəng kəndinə Çinarlı adı verdiyini açıqlayıb) işğaldan azad edildiyini bildirib.

Dövlət başçısı daha sonra şanlı Azərbaycan Ordusunun Zəngilan rayonu ərazisinə də daxil olduğunu, yaşayış məntəqələrini azad etdiyini vurğulayıb. Prezident İlham Əliyev Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edib.

Azərbaycan Ordusu Ermənistan ordusunu Zəngilanda da ağır məğlubiyyətə uğradaraq, xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxarıb.

Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxıb.

Azərbaycan Respublikasında "Zəngilanın azad olunmasına görə" medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olunub.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 20 oktyabr - Zəngilan şəhəri günü kimi təsis edilib.

Xatırladaq ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Zəngilan şəhərini və rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələri, qəbiristanlıqları məhv edib.

İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, "Bəsitçay" dövlət təbiət qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb.

Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Nəticədə təbiətə, ətraf mühiti ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub.

Ermənistan tərəfindən Oxçuçayın ağır formada çirkləndirilməsi böyük ekoloji terror kimi qiymətləndirilir. Son.az  

“Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxıldı like
  • 20 Okt 00:02  
Siyasət “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxıldı

Bakıda həbs olunan "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor

arrow Ətraflı
Günün qoroskopu: hisslərinizi gizlətmək istəyə bilərsiniz like
  • 20 Okt 00:01  
Digərləri Günün qoroskopu: hisslərinizi gizlətmək istəyə bilərsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Astana Azərbaycan Prezidentinin dövlət səfərinə hazırlaşır  VİDEO like
  • 19 Okt 23:48  
Siyasət Astana Azərbaycan Prezidentinin dövlət səfərinə hazırlaşır VİDEO

Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Prezidenti İlham Əliyevin səfə

arrow Ətraflı
Hacıqabulda erkən nikahın qarşısı alındı like
  • 19 Okt 23:43  
Digərləri Hacıqabulda erkən nikahın qarşısı alındı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikah f

arrow Ətraflı
Bölgələrdə heyvan bazarları bağlandı   Ət bahalaşacaq? like
  • 19 Okt 23:35  
Digərləri Bölgələrdə heyvan bazarları bağlandı Ət bahalaşacaq?

Dabaq xəstəliyi ilə əlaqədar əksər bölgələrdə heyvan bazarları bağl

arrow Ətraflı
İrem Derici xəstəxanaya yerləşdirildi: “Yeriyə bilmirəm, heç yanım hərəkət etmir” like
  • 19 Okt 23:12  
Şou-biznes İrem Derici xəstəxanaya yerləşdirildi: “Yeriyə bilmirəm, heç yanım hərəkət etmir”

Son günlər stresli dövrdən keçən məşhur müğənni İrem Derici sağlam

arrow Ətraflı
Dostunu ürəyindən güllələdiyini deyib polisə təslim oldu like
  • 19 Okt 23:04  
Digərləri Dostunu ürəyindən güllələdiyini deyib polisə təslim oldu

Yardımlıda ov zamanı bədbəxt hadisə baş verib.

arrow Ətraflı
Gəncədə toyda qan düşdü like
  • 19 Okt 22:58  
Digərləri Gəncədə toyda qan düşdü

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
İranda zəlzələ oldu like
  • 19 Okt 22:53  
Digərləri İranda zəlzələ oldu

İranın Kerman əyalətində 4.3 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Ardıcıl 4 gün iş olmayacaq  Tarixlər like
  • 19 Okt 22:33  
Digərləri Ardıcıl 4 gün iş olmayacaq Tarixlər

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən noyab

arrow Ətraflı
Ərdoğandan ŞKTCdə keçirilmiş prezident seçkiləri ilə bağlı like
  • 19 Okt 22:14  
Digərləri Ərdoğandan ŞKTCdə keçirilmiş prezident seçkiləri ilə bağlı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ŞKTC-də keçirilən prezident se

arrow Ətraflı
“Təcili Türkiyəyə birləşməyə qərar verilməlidir”  Baxçalı like
  • 19 Okt 22:05  
Digərləri “Təcili Türkiyəyə birləşməyə qərar verilməlidir” Baxçalı

MHP-nin (Milliyyətçi Hərəkat Partiyası) sədri Dövlət Baxçalı ŞKTC-ke�

arrow Ətraflı
Şimali Kiprin yeni prezidenti  Tufan Erhürman kimdir? like
  • 19 Okt 21:55  
Digərləri Şimali Kiprin yeni prezidenti Tufan Erhürman kimdir?

Tufan Erhürman 1970-ci ildə Lefkoşa, ŞKTC-də dünyaya gəlib. 1988-ci ildə

arrow Ətraflı
Gəncədə ana və 3 övladı dəm qazından zəhərləndi like
  • 19 Okt 21:28  
Digərləri Gəncədə ana və 3 övladı dəm qazından zəhərləndi

Gəncədə bir ailənin dördü üzvü dəm qazından zəhərlənib.

arrow Ətraflı
İranda qalmaqala səbəb olan toy görüntüləri – like
  • 19 Okt 21:16  
Digərləri İranda qalmaqala səbəb olan toy görüntüləri –

İranda sosial mediada yayılan və İran lideri Ayətullah Əli Xameneinin mü�

arrow Ətraflı