Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb


Siyasət 17 Okt 2025 23:20:00 59 0

Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 17-də Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyeva kardinal Pietro Parolini yenidən görməyinə şad olduğunu deyərək, katolik dünyasını "Yubiley İli" münasibətilə təbrik edib.

Vatikanın dövlət katibinin keçən ilin noyabrında Azərbaycanda keçirilən COP29 tədbirində iştirakına görə təşəkkürünü bildirən Birinci vitse-prezident ölkəmizin Müqəddəs Taxt-Tacla inkişaf edən əməkdaşlığının son illər ərzində vüsət almış dinamikasından məmnunluğunu ifadə edib.

Azərbaycanın dini tolerantlıq və multikulturalizm dəyərlərini özündə birləşdirən ölkə olduğunu diqqətə çatdıran Mehriban Əliyeva bunun həm dövlət siyasəti, həm də cəmiyyətimizin yaşayış tərzi olduğunu vurğulayıb. Birinci vitse-prezident Müqəddəs Taxt-Tacla əməkdaşlıq çərçivəsində Heydər Əliyev Fondu tərəfindən görülən işlər barədə danışaraq, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib. Ölkəmizdə katolik icması ilə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Birinci vitse-prezident deyib: "Dövlət katibinin keçən ilin noyabrında Azərbaycanda qaldırdığı məsələ - ölkəmizdə ikinci Katolik Kilsəsinin tikilməsi müsbət həllini tapmaqdadır. Prezident İlham Əliyev tərəfindən artıq bu barədə müsbət qərar verilib və bu yaxınlarda paytaxtımızda ikinci Katolik Kilsəsinin inşasına başlanılacaq". Mehriban Əliyeva kardinal Pietro Parolinin Azərbaycanda ölkəmizin və xalqımızın yaxın dostu kimi tanındığını qeyd edib, əməkdaşlığımızın sürətlə və uğurla inkişafına görə ona minnətdarlığını bildirib.

Pietro Parolin Birinci vitse-prezident Mehriban Əliyevanı yenidən görməkdən şərəf duyduğunu deyərək, Azərbaycan dövlətinə, münasibətlərin bu səviyyəyə çatdırılmasında səylərinə görə şəxsən Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib. O, keçən ilin noyabrında COP29-la bağlı Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul olunmasını Müqəddəs Taxt-Taca hörmətin təzahürü kimi qiymətləndirib. Heydər Əliyev Fondunun dəstəyi ilə uğurla həyata keçirilən layihələr barədə danışan kardinal bu əməkdaşlığı yüksək dəyərləndirib. O, həmçinin Azərbaycanda fəaliyyət göstərən katolik icması ilə dövlət arasında nümunəvi münasibətlərin mövcud olduğunu diqqətə çatdıraraq, dövlətlərimizin əməkdaşlığının möhkəmləndirilməsinin önəmini vurğulayaraq deyib: "Bakıda ikinci Katolik Kilsəsinin tikilməsi çox təqdirəlayiq haldır, buna görə Azərbaycana minnətdarıq. Bu, bir daha ölkənizdə bütün dinlərə göstərilən qayğı və hörmətin təzahürüdür. Azərbaycan bu mənada bir çox ölkələr üçün nümunədir".

Kardinal Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Feketenin Prezident İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif edilməsinin Müqəddəs Taxt-Taca hörmətin daha bir əlaməti olduğunu diqqətə çatdırıb.

Dövlət katibi Pietro Parolin avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ tərəfindən Birgə Bəyannamənin imzalanması, Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması münasibətilə ölkəmizi təbrik edib, Vatikanın regionda sülhün bərqərar olmasını birmənalı şəkildə dəstəklədiyini bildirib.

Təbriklərə görə kardinal Pietro Parolinə minnətdarlığını ifadə edən Birinci vitse-prezident Mehriban Əliyeva Vaşinqton Sammitinin nəticələrini yüksək qiymətləndirərək, Azərbaycan və Ermənistan rəhbərlərinin sülh gündəliyinə sadiq qaldıqlarını, regionda davamlı sülhün bərqərar olmasına ümidvar olduğunu vurğulayıb. Son.az

Tramp: “Rusiya palçıqda ilişib qaldı” like
  • 17 Okt 23:11  
Dünya Tramp: “Rusiya palçıqda ilişib qaldı”

ABŞ Prezidenti Donald Trampdan Rusiyanın hərbi gücü barədə fikirləri sor

arrow Ətraflı
Tramp Zelenskinin bu istəyini rədd etdi like
  • 17 Okt 23:06  
Dünya Tramp Zelenskinin bu istəyini rədd etdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskini q

arrow Ətraflı
Qanında narkotik aşkarlanan Dilan Polat ağlayıb andaman elədi like
  • 17 Okt 23:00  
Şou-biznes Qanında narkotik aşkarlanan Dilan Polat ağlayıb andaman elədi

Narkotik istifadəsi ilə bağlı aparılan istintaq çərçivəsində test nət

arrow Ətraflı
Zelenski: “Trampın dəstəyi ilə müharibəni bitirə bilərik” like
  • 17 Okt 22:55  
Dünya Zelenski: “Trampın dəstəyi ilə müharibəni bitirə bilərik”

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə

arrow Ətraflı
“Gəlinim sudan durudur, oğlumun beyninə girmişdilər” like
  • 17 Okt 22:46  
Digərləri “Gəlinim sudan durudur, oğlumun beyninə girmişdilər”

Ötən gün Tovuzda əri Səbuhi tərəfindən qətlə yetirilən 29 yaşlı Mə

arrow Ətraflı
Hansı ərazidəki evlər bahalaşır? like
  • 17 Okt 22:32  
Digərləri Hansı ərazidəki evlər bahalaşır?

Son 5 ildə Azərbaycanda mənzil qiymətləri 46 faiz artıb.

arrow Ətraflı
AK Rusiyanın aktivlərindən Kiyevə 25 milyard ayıracaq like
  • 17 Okt 22:07  
Dünya AK Rusiyanın aktivlərindən Kiyevə 25 milyard ayıracaq

Avropa Komissiyası (AK) Rusiyanın dondurulmuş şəxsi aktivlərindən istifad

arrow Ətraflı
8 məşhurun narkotik ​​testi müsbət çıxdı like
  • 17 Okt 22:04  
Şou-biznes 8 məşhurun narkotik ​​testi müsbət çıxdı

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı apa

arrow Ətraflı
Ağ Evdə TrampZelenski görüşü keçirilir like
  • 17 Okt 21:56  
Dünya Ağ Evdə TrampZelenski görüşü keçirilir

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Ağ Evdə ABŞ prezidenti Donald T

arrow Ətraflı
“İndi əsl kişi tapmaq çətindir”  Çingiz Abdullayev like
  • 17 Okt 21:47  
Şou-biznes “İndi əsl kişi tapmaq çətindir” Çingiz Abdullayev

"Atam həmişə öyrədirdi ki, ailədə birinci adam qadın olmalıdır&qu

arrow Ətraflı
Müslim İmranlı vəzifəsindən azad edildi like
  • 17 Okt 21:33  
Digərləri Müslim İmranlı vəzifəsindən azad edildi

"Şuşa Şəhəri Dövlət Qoruq İdarəsi"nin icraçı direktorunun m

arrow Ətraflı
Səhər yeməyini ötürmək diabet yarada bilər  Açıqlama like
  • 17 Okt 21:09  
Digərləri Səhər yeməyini ötürmək diabet yarada bilər Açıqlama

Yuxudan oyandıqdan sonra insanda stress hormonu olan kortizolun səviyyəsi yü

arrow Ətraflı
Rusiya bu əraziləri ələ keçirdi like
  • 17 Okt 20:41  
Digərləri Rusiya bu əraziləri ələ keçirdi

Rusiya ordusu Xarkov və Dnepropetrovsk vilayətlərində üç kəndi Tixoye, Pe

arrow Ətraflı
Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub like
  • 17 Okt 20:33  
Siyasət Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı