Sinif bağlandı, şagirdlər təhsildən kənarda qaldı
Digərləri 15 Okt 2025 10:50:00 76 0
Yardımlı rayonunun Şıxlar kənd orta məktəbində bir sinfin fəaliyyətinə tələb olunan minimum şagird sayı təmin olunmadığı üçün 10-cu sinif bağlanıb.
Bu xəbəri də oxu: Tovuzda qatar kişini vuraraq öldürdü
Son.az Teleqraf-a istinadən xəbər verir ki, nəticədə 4 şagird - Rihad Əlif oğlu Kamilov, Mikayıl Nəsib oğlu Əsgərli, İsmayıl Möhübbət oğlu Rəfili və Rəqsanə Fərasim qızı Yaqubova təhsildən kənarda qalıb.
Qeyd edək ki, siniflərin açılması və ya bağlanması Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir. Məsələni daha da çətinləşdirən əsas məqam isə valideynlərin xəbəri olmadan şagirdlərin adlarının Rayon Təhsil Sektoru tərəfindən Məktəbin Ümumi Təhsil İnformasiya Sistemi (UTİS) üzərindən çıxarılmasıdır.
Bu səbəbdən şagirdlərin başqa məktəblərə yerdəyişməsi texniki cəhətdən mümkünsüz vəziyyətə düşüb.
Təhsil ekspertlərinin sözlərinə görə, məktəbdə hər hansı sinif bağlanırsa, həmin şagirdlər dərhal yaxınlıqdakı məktəblərə yerləşdirilməlidir.
Şagirdin UTİS sistemindən çıxarılması isə yalnız aşağıdakı hallarda mümkündür:
- Şagirdin öz arzusu (və ya valideyninin arzusu) ilə - məktəbi dəyişmək və ya təhsili başqa formada davam etdirmək istədikdə;
- Təhsil səviyyəsini başa vurduqda: Məsələn, 11-ci sinfi bitirib attestat aldıqda;
- Tədris intizamının sistematik pozulması və ya məktəb qaydalarına davamlı surətdə əməl etməməsi hallarında - bu, yalnız çoxsaylı xəbərdarlıqlar,valideynlərlə söhbətlər,məktəb pedaqoji şurasının qərarı əsasında mümkündür;
- Qanunvericiliklə müəyyən edilmiş digər hallar - məsələn, məhkəmə qərarı ilə.
Göründüyü kimi bu halların heç biri baş vermədiyi təqdirdə rayon Təhsil Sktoru şagirdlərin adlarını UTİS sistemindən xəbərarlıqsız çıxarıb.
Kənd sakinlərinin sözlərinə görə, bu qərarın verilməsi zamanı yalnız məktəb direktoru ilə danışıqlar aparılıb. Valideynlər dəfələrlə Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciət etsələr də, məsələ həll edilməyib.
Xəbərə aid video
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli tarzən, pedaqoq

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın xalq artisti, görkəmli tarz�

Rusiyada məşhurlaşmış azərbaycanlı bloger Hüseyn Həsənov təxminən ik

Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir. Yəqin ki, q

ABŞ prezidenti Donald Trump sağçı şərhçi Çarli Kirkə ölümündən sonr

Plastik tərkibli maddələrin ürək fəaliyyətinə təsiri aşkarlanıb.

Tovuz rayonunda qatarın vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub.

Nyu-York Ticarət Birjasının "Comex" bölməsində 2025-ci ilin deka

Oktyabrın 14-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində MAMA "

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Bi

Bu gün səhər saatlarında metronun "Elmlər Akademiyası" və "

Müğənni Kəmalə Qaramollayeva son günlər yeni imici ilə gündəmə gəlib

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

"Pis qayınana deyildi. Amma ayrılmağımın səbəbkarı o oldu. Dedi ki,

Mütəxəssislər bildirir ki, qan damarlarını açan və qan axınını sür�
