Ürəktutmaların artmasının səbəbi bilindi Hamı hər gün istifadə edir
Digərləri 15 Okt 2025 10:20:00 91 0
Plastik tərkibli maddələrin ürək fəaliyyətinə təsiri aşkarlanıb.
Son.az xəbər verir ki, plastik məmulatların tərkibində geniş istifadə olunan bisfenol A (BPA) və digər fenolların ürəyin elektrik aktivliyinə mənfi təsir göstərə biləcəyi müəyyən edilib.
Bu nəticəyə ABŞ-ın Sinsinnati Universitetinin Tibb Kollecinin alimləri gəliblər.
Araşdırmanın nəticələri universitetin rəsmi saytında dərc olunub.
Mütəxəssislər bildirirlər ki, BPA maddəsi gündəlik istifadə olunan bir çox məhsulun, yəni plastik qabların, butulkaların, kosmetik vasitələrin və kassa çek lentlərinin tərkibində mövcuddur. Bu maddələr orqanizmdə zamanla toplanaraq ürək-damar, hormonal və allergik xəstəliklərin yaranma riskini artırır.
Araşdırma çərçivəsində alimlər 600 nəfərin sağlamlıq göstəricilərini, o cümlədən qan və toxumalardakı fenol səviyyəsini təhlil ediblər. Nəticədə məlum olub ki, bu maddələrin miqdarı yüksək olan şəxslərdə ürək ritm pozğunluqları və elektrokardioqramda anomaliyalar daha çox müşahidə edilir.
Tədqiqatçılar qeyd edirlər ki, sağlam və gənc şəxslərdə risk nisbətən aşağıdır. Lakin genetik meyllilik və ya yaşın artması bu maddələrin təsirini gücləndirərək ürəyin fəaliyyətinə ciddi təsir göstərə bilər. Hətta az miqdarda belə fenollar orqanizmdə yığılaraq kumulyativ (toplanma) effekt yaradır.
İsmayıl Son.az
Tovuz rayonunda qatarın vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub.

Nyu-York Ticarət Birjasının "Comex" bölməsində 2025-ci ilin deka

Oktyabrın 14-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində MAMA "

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Bi

Bu gün səhər saatlarında metronun "Elmlər Akademiyası" və "

Müğənni Kəmalə Qaramollayeva son günlər yeni imici ilə gündəmə gəlib

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

"Pis qayınana deyildi. Amma ayrılmağımın səbəbkarı o oldu. Dedi ki,

Mütəxəssislər bildirir ki, qan damarlarını açan və qan axınını sür�

Fransada son illərdə Türkcə adlara maraq sürətlə artır. Artıq bu adlar

Beş bürc əlaməti güclü bir ilham dalğası yaşayacaq: Kainat sürpriz haz

Uzun müddət kompüter qarşısında oturmaq, az hərəkətli həyat tərzi və

Qrip mövsümünün yaxınlaşması ilə mütəxəssislər əhalini ehtiyatlı o

Yeni elmi araşdırma qan qrupu ilə insanın intellekt səviyyəsi arasında ma

İnsanlar hər zaman çalışırlar ki, təbii qatqısız süd məhsulları als�
