Wolt yeni “Packages” funksiyanı təqdim edir: indi əşyaları yemək sifarişi qədər asan göndərə bilərsiniz!
Digərləri 10 Okt 2025 11:00:00 91 0
Wolt-un Azərbaycandakı istifadəçiləri üçün əla xəbər! Artıq Wolt tətbiqində yalnız sevimli yeməkləri və məhsulları sifariş etmək deyil, həm də əşyaları göndərmək mümkündür - sürətli və rahat şəkildə. İstifadəçilər üçün ən xoş xəbər isə budur ki, onlar ilk ay ərzində bütün çatdırılmalara 50% endirimdən yararlana biləcəklər, kampaniya başa çatdıqdan sonra isə ilk sifarişdə 50% endirim əldə edəcəklər. Xidmət artıq Wolt-un fəaliyyət göstərdiyi bütün şəhərlərdə aktivdir - Bakı, Gəncə, Xırdalan, Sumqayıt, Lənkəran, Naxçıvan, Xankəndi və Mingəçevir daxil olmaqla. Dostunuza hədiyyə göndərmək, sənəd çatdırmaq və ya aldığınız məhsulları mağazadan götürməlisiniz? İndi bütün bunları Wolt Packages ilə edə bilərsiniz - çatdırılma 1 saatdan az çəkəcək, sifarişi isə cəmi bir dəqiqəyə tanış və rahat interfeysdə rəsmiləşdirə biləcəksiniz. Xidmətdən Wolt tətbiqi vasitəsilə yararlana bilərsiniz: • Wolt tətbiqini açın və "Packages" bölməsini seçin; • Kuryerin əşyanı götürəcəyi və çatdıracağı ünvanı təyin edin; • Kuryer sifarişi qəbul edib sürətli və rahat şəkildə ünvana çatdıracaq • Siz isə çatdırılmanı real vaxtda izləyə biləcəksiniz. Həmsöhbətimiz - Wolt-un Azərbaycandakı İdarə Heyətinin Sədri Tofiq Süleymanovdur. Tofiq Süleymanov yeni funksiyanın istifadəyə verilməsi ilə bağlı fikirlərini bölüşdü: "Biz Wolt olaraq sadəcə yemək çatdırılması xidməti deyil, həmişə bundan daha geniş imkanlar təqdim etmək üçün çalışırıq. Wolt Packages-in istifadəyə verilməsi ilə biz istifadəçilərə daha çox seçim imkanı və rahatlıq təqdim edirik. Artıq onlar vaxt itirmədən və yerlərini dəyişmədən istənilən əşyaları göndərib təhvil ala biləcəklər. Əminəm ki, bu funksiya həm şəxsi istifadəçilərin, həm də bizneslərin böyük marağına səbəb olacaq". Tez-tez verilən suallar - cavablandırır Tofiq Süleymanov. Bu funksiya nədir və nə üçün lazımdır? Wolt Packages istifadəçilərə Wolt tətbiqi vasitəsilə əşyaları tez və rahat göndərmək və təhvil almaq imkanı yaradır. Hansı əşyaları göndərmək olar? Kiçik və orta ölçülü əşyalar: sənədlər, alış-veriş məhsulları və şəxsi əşyalar. İstifadəçi ölçünü və çəkini seçir, sistem isə uyğun kuryeri təyin edir. Çatdırılma radiusu nə qədərdir? Başlanğıc ünvandan 15 km məsafəyə qədər. Təhvil alanın Wolt istifadəçisi olması vacibdirmi? Xeyr. Sadəcə göndərənin Wolt istifadəçisi olması kifayətdir.
Bu xəbəri də oxu: “Həzi AslanovƏhmədli” sahəsində interval 5 dəqiqə azaldıldı
Son.az xəbər verir ki, bu barədə məlumat İsrail Baş nazirinin ofisi tər�

Bu dəqiqələrdə Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdu

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşa

Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkila

Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin inşası tamamlanmaq üzrədir.

Oktyabrın 10-da Abşeron yarımadasında mülayim xəzri küləyi gündüz saat

Astroloqlar xəbərdarlıq edirlər ki, oktyabrın 13-dək bir sıra bürclər �

Oktyabrın 10-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxtəlif proqramlarda iştirak e

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçılar

Ötən gecə Sabirabadda toy mərasimində bıçaqlanan şəxs xəstəxanada öl

Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün keçiriləcək.

Şimali Koreya lideri Kim Çen In Pxenyandakı Mansude Teatrında keçirilən ko

Filippinin Bakulin yaşayış məntəqəsindən 33 km cənub-şərqdə 7,4 maqni
