“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı


Digərləri 10 Okt 2025 10:26:00 71 0

“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı

Ailə və Uşaqlara Sosial Dəstək  İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Qızların işıqlı gələcəyi naminə maarifləndirmə" layihəsi çərçivəsində yekun tədbirini təşkil edib.

Son.az xəbər verir ki, layihənin yekun tədbiri 8 oktyabr 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Milli QHT Forumunun iclas zalında keçirilib. Tədbirin təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Milli QHT Forumuna təşəkkür bildirilib.

Tədbirdə çıxış edən İctimai Birliyin rəhbəri Elnurə Abuşova layihənin məqsədləri və əhəmiyyətindən danışaraq, erkən nikahların qarşısının alınmasında valideynlərin və təhsil müəssisələrinin rolunun vacibliyini vurğulayaraq qeyd edib ki, layihə çərçivəsində müxtəlif rayonlarda təşkil edilən təlimlərdən, ailələrin mövzuya münasibətindən və uşaqların hüquqlarının təminində ailə dəyərlərinin əhəmiyyətindən bəhs olunub. Yekun tədbirin məqsədi qanunvericiliyin təhlili, mövcud çətinliklərin dövlət qurumları, QHT-lər və media nümayəndələri ilə müzakirəsi, bu müzakirələrin layihə hesabatında əks olunması, eləcə də layihənin davamlılığını təmin etmək üçün təkliflərin aidiyyəti qurumlara təqdim olunmasıdır.

Tədbirdə iştirak edən qurumlar arasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,  Səhiyyə Nazirliyinin Ictimai Səhiyyə və Islahatlar Mərkəzi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association, Mediasiya Şurası, Konstitusiya Araşdırmalar Fondu, media nümayəndələri, yerli qeyri-hökumət təşkilatları iştirak edib.

Azərbaycan Vəkillər Kollegiyasının nümayəndələri Gülşən Salmanova və Lalə Məmmədova çıxış edərək erkən nikahların cəmiyyət üçün vacibliyini vurğulayıblar. Çıxışlarda qızların hüquqi müdafiəsi, ucqar bölgələrdə yaşayan həssas əhali qrupları üçün hüquqi yardımın təşkili, ailə və valideyn məsuliyyəti, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi və düzgün hüquqi qərarların qəbul olunmasının əhəmiyyəti qeyd olunub.

Mediasiya Şurasının nümayəndəsi, Mediasiya Şurası idarə heyəti sədrinin müşaviri Əli Fərzəliyev çıxışında vətəndaş cəmiyyətlərinin dəbdəbəli otellərdən çıxıb regionlarda təlim keçirməsini alqışladı və  bildirdi ki, təşkilat rayonlarda aparılan maarifləndirmə tədbirlərində aktiv iştirak edib. Əhali ilə birbaşa ünsiyyət zamanı ailə dəyərlərinin aşılanması, erkən nikah və ailədaxili problemlərə həssas yanaşma önəmlidir. Həmçinin vurğulandı ki, problemlər erkən aşkarlandıqda, yerli qurumlarla kompleks yanaşma tətbiq etməklə uşaqların və qızların hüquqlarının qorunması və onların cəmiyyətə sağlam inteqrasiyası təmin olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Şəbnəm Cəfərova çıxışında qeyd edib ki, Komitənin 11 rayonda fəaliyyət göstərən "Ailələrə və Uşaqlara Dəstək Mərkəzləri" var və bu mərkəzlərdə ailə dəyərlərinin təbliği, uşaqların hüquqlarının qorunması, qızların təhsilə yönləndirilməsi və erkən nikahların qarşısının alınması istiqamətində işlər aparılır. Məktəblərdə də mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir və real həyatda rast gəlinən hallardan nümunələr əsasında problemlərin həlli yolları barədə məlumat verilir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi, təlim-resus şöbəsinin müdir müavini Pərvin Quliyeva çıxış edərək, səhiyyə sahəsində görülən işlər, məktəblərdə aparılan maarifləndirmə tədbirləri və tibb işçiləri, psixoloqlar, məktəb psixoloqları üçün hazırlanmış metodik vəsaitlər barədə məlumat verib. Bu materiallarda uşaqlara qarşı zorakılığın erkən aşkarlanması, atılmalı addımlar və müraciət istiqamətləri əks olunub. Həmçinin vurğulanıb ki, bu fəaliyyətlər Nazirliyin illik fəaliyyət planına daxil edilib və davamlı olaraq həyata keçirilir.

Tədbirdə erkən nikahların qarşısının alınması üzrə tövsiyələrlə çıxış edən "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Cinayət Məcəlləsinin 176-1 və 176-2-ci maddələri hüquqi baza yaratsa da, mövcud tənzimləmə hüquqi, terminoloji və institusional boşluqlara malikdir. Cinayət-hüquqi müdaxilə reaktiv xarakter daşıyır, profilaktik və sosial müdafiə mexanizmləri zəifdir, institusional koordinasiya parçalanmışdır, regionlarda dəyərlər və davranış stereotipləri hüquqi mexanizmin təsirini məhdudlaşdırır.

Terminoloji qeyri-dəqiqlik məsələsinə toxunan Ə.Nuriyev "Erkən evlilik" anlayışının Ailə Məcəlləsində olmamasını, cəza və məsuliyyətin balanssız olmasını (subyektiv və ağırlaşdırıcı hallar dəqiq müəyyən edilməyib), sosial reaksiya mexanizminin formalaşmanasını, (təhsil, sosial xidmət və polis arasında erkən xəbərdarlıq sistemi yoxdur), məcbur etmə formalarının fərqləndirilmədiyini (fiziki, psixoloji, dini, iqtisadi), zərərçəkmişin müdafiə mexanizminin olmaçasını (təhsil, sığınacaq, psixoloji dəstək tədbirləri hüquqi sənədlərdə nəzərdə tutulmayıb), dini kəbin və sosial razılaşma hallarına qarşı məsuliyyət mexanizmlərinin qeyri-müəyyən olmasını bildirərək əlavə edib ki, QHT və medianın rolu sistemli və uzunmüddətli deyil, layihə əsaslıdır.

Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor, ADU-nun Xarici ölkələrin ədəbiyyatı kafedrasının rəhbəri Aynur Sabitova qızların təhsil almasının və maariflənməsinin cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb:

"5 il tələbə olmuşam, sonrakı illəri isə pedaqoji fəaliyyətlə məşğul olmuşam. Hamı bilir ki, Dillər Universiteti uzun illər qızların üstünlük təşkil etdiyi ali məktəb olub. Sonradan beynəlxalq münasibətlər fakültəsi açıldıqdan sonra oğlan tələbələr də təhsil almağa başladı. Amma ümumilikdə, biz oxuduğumuz dövrlərdə bu təhsil ocağında əsasən qızlar üstünlük təşkil edirdi. Bu gün Azərbaycan Dillər Universiteti yalnız bir təhsil ocağı deyil, eyni zamanda geniş imkanlar yaradan dinamik bir inkişaf məkanıdır. Universitetimizdə tələbələrin elmi, peşəkar və şəxsi inkişafı üçün müxtəlif istiqamətlərdə mühüm işlər görülür. Tədrisin keyfiyyətinin yüksəldilməsi, xarici dillərin daha müasir metodlarla tədrisi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, tələbələrin beynəlxalq proqram və layihələrdə iştirak imkanlarının artırılması, həmçinin mədəni və sosial fəaliyyətlərin zənginləşdirilməsi bu işlərin əsasını təşkil edir. Bu cür layihələr sayəsində tələbələr yalnız nəzəri biliklərlə kifayətlənmir, həm də qlobal dünyada rəqabətədavamlı mütəxəssis kimi formalaşırlar. Universitetimizdə aparılan bu ardıcıl işlər həm müəllimlərə, həm də tələbələrə böyük motivasiya verir".

Professor qeyd edib ki, qız uşağının maariflənməsi tək bir fərdin deyil, bütöv bir cəmiyyətin inkişafına təsir edir:

"Maariflənmiş bir qız - gələcəyin güclü qadını, güclü ailəsi və sağlam cəmiyyətidir. Belə layihələrdə hər bir təşəbbüs çox şeyi dəyişə bilər. Cəmiyyətin tərəqqisində hər bir fərdin rolu böyükdür".

Aynur Sabitova həmçinin müasir dövrdə texnologiyanın sosial münasibətlərə təsirinə də toxunub:

"Bizdə təhsil sistemi, dərslər normal şəkildə keçirilir, amma smartfonlar və texnologiya uşaqları real həyatdan uzaqlaşdırır. Canlı ünsiyyət və emosional təmas olmayınca problemlər qaçılmazdır. Günümüzün çoxu sosial şəbəkələrdə keçir və bu enerjimizi alır. Layihənin əhəmiyyətini yüksək qiymətləndirirəm, təşkilatın sədri Elnurə Abuşovaya təşəkkür edirəm. Elnurə xanımın bu layihəsi cəsarətli addımdır. Xüsusilə bölgələrdə bu sahədə maarifləndirmə işlərinə ehtiyac böyükdür. Bu görüş layihənin başlanğıcı olsa da, əslində gələcək uğurların təməlidir". 

Zəngəzur dəhlizində son vəziyyət  Yeni görüntülər like
  • 10 Okt 10:14  
Digərləri Zəngəzur dəhlizində son vəziyyət Yeni görüntülər

Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin inşası tamamlanmaq üzrədir. 

arrow Ətraflı
Meteohəssas insanlara XƏBƏRDARLIQ like
  • 10 Okt 10:06  
Digərləri Meteohəssas insanlara XƏBƏRDARLIQ

Oktyabrın 10-da Abşeron yarımadasında mülayim xəzri küləyi gündüz saat

arrow Ətraflı
Oktyabrın 13dək depressiya və işdə problemlər gözlənilir  Bürclərə XƏBƏRDARLIQ: like
  • 10 Okt 10:03  
Digərləri Oktyabrın 13dək depressiya və işdə problemlər gözlənilir Bürclərə XƏBƏRDARLIQ:

Astroloqlar xəbərdarlıq edirlər ki, oktyabrın 13-dək bir sıra bürclər �

arrow Ətraflı
Düşənbədə İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü olub  FOTO like
  • 10 Okt 10:00  
Siyasət Düşənbədə İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü olub FOTO

Oktyabrın 10-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham

arrow Ətraflı
Ərdoğan ona "rəis" deyən şəxsə görün necə reaksiya verdi  VİDEO like
  • 10 Okt 09:55  
Digərləri Ərdoğan ona "rəis" deyən şəxsə görün necə reaksiya verdi VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxtəlif proqramlarda iştirak e

arrow Ətraflı
Azərbaycanda toy yasa döndü like
  • 10 Okt 09:51  
Digərləri Azərbaycanda toy yasa döndü

Ötən gecə Sabirabadda toy mərasimində bıçaqlanan şəxs xəstəxanada öl

arrow Ətraflı
Əminə Yusifqızı ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək like
  • 10 Okt 09:44  
Kriminal Əminə Yusifqızı ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək

Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün keçiriləcək.

arrow Ətraflı
Kimin rusiyalı müğənnini səhnədə qucaqlaması gündəm oldu  FOTO like
  • 10 Okt 09:40  
Dünya Kimin rusiyalı müğənnini səhnədə qucaqlaması gündəm oldu FOTO

Şimali Koreya lideri Kim Çen In Pxenyandakı Mansude Teatrında keçirilən ko

arrow Ətraflı
Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu like
  • 10 Okt 09:37  
Dünya Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu

Filippinin Bakulin yaşayış məntəqəsindən 33 km cənub-şərqdə 7,4 maqni

arrow Ətraflı
"İspaniyanı NATOdan qovmaq lazımdır" like
  • 10 Okt 09:30  
Dünya "İspaniyanı NATOdan qovmaq lazımdır"

ABŞ Prezidenti Donald Tramp açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Nasim Abışova yüksək vəzifə verildi like
  • 10 Okt 09:25  
Digərləri Nasim Abışova yüksək vəzifə verildi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanı

arrow Ətraflı
"Vəfa 6 aylıq həbs olunsun, ən ağır cəzanı istəyirəm" like
  • 10 Okt 09:20  
Şou-biznes "Vəfa 6 aylıq həbs olunsun, ən ağır cəzanı istəyirəm"

Müğənnilər Afət Fərmanqızı ilə Vəfa Şərifova arasında qalmaqal yaş

arrow Ətraflı
Eşqi Bağırov qalmaqallı məktəb direktorunu işdən çıxartdı like
  • 10 Okt 09:16  
Digərləri Eşqi Bağırov qalmaqallı məktəb direktorunu işdən çıxartdı

Eşqi Bağırov qalmaqallı məktəb direktorunu işdən azad edib.

arrow Ətraflı
Rubl bahalaşdı, avro ucuzlaşdı  Dollar və lirə isə... like
  • 10 Okt 09:13  
Digərləri Rubl bahalaşdı, avro ucuzlaşdı Dollar və lirə isə...

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı