Xankəndidə ƏMƏLİYYAT Saxlanılanlar var FOTO
Digərləri 09 Okt 2025 10:02:00 59 0
DİN əməkdaşları qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər.
Bu xəbəri də oxu: Jurnalist Elçin Alıoğluna qarşı suiqəsd hazırlanıb
Bu barədə Son.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Bərdə rayon sakini, 1973-cü il təvəllüdlü Azər Qəhrəmanovun şəhər ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsindən odlu silah-sursat keçirməyə cəhd göstərməsi müəyyən olunub.
Buraxılış postunda təhlükəsizlik məqsədilə nəqliyyat vasitəsinə baxış keçirilən zaman "Mercedes" markalı avtomobildə sərnişin qismində olan A.Qəhrəmanovdan 1 ədəd "AK" markalı avtomat silah və 30 ədəd patron aşkarlanaraq götürülüb.
O, sursatı polis əməkdaşlarının diqqətindən yayındırmaq üçün hissələrə bölərək müxtəlif geyim dəstlərinin arasında gizlədib.
Araşdırmalar zamanı A.Qəhrəmanovun odlu silah-sursatı Xankəndidə yerləşən restoranların birində çalışan qayınatası, 1959-cu il təvəllüdlü Nazim Həsənov və qaynı, 1997-ci il təvəllüdlü Murad Həsənovdan əldə etdiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən şəhər ərazisində davam etdirilən növbəti tədbirlərlə həmin şəxslərin işlədikləri restorandan əlavə 1 ədəd "AK" markalı avtomat silah, 2 ədəd "Makarov" markalı tapança və 30 ədəd patron aşkarlanaraq götürülüb.
N.Həsənov və M.Həsənov ifadələrində qanunsuz saxladıqları odlu silah-sursatı satış məqsədilə gizlətdiklərini bildiriblər.
Tədbirlərin davamı olaraq A.Qəhrəmanovun daha əvvəl M.Həsənovla birlikdə odlu silahı satdığı şəxs Zaur Rəsulov Qəbələ rayonunda müəyyən edilərək saxlanılıb.
Onun yaşadığı evdən və həyətyanı sahədə gizlətdiyi 1 ədəd atəşə yararlı "CZ" markalı tapança və 13 ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa, A.Qəhrəmanovun Bərdə şəhərində yerləşən evinə baxış zamanı 1 ədəd pnevmatik tapança da aşkarlanıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
Sumqayıt şəhərinin Corat qəsəbəsində mövcud qaz sayğaclarının yeni x

Xaçmaz rayonu, Qıraqlı kəndində bədbəxt hadisə baş verib.

Xalq artisti Röya Ayxanın çıxışı zamanı maraqlı anlar yaşanıb.

Astroloqlar xəbərdarlıq edir ki, üç bürc yaxın gələcəkdə çətinlikl�

Payızda pəncərənin kənarına duz qoymaq bir neçə səbəbə görə tövsiy

Onkoloq qadınlarda döş xərçənginin qeyri-adi əlamətlərini açıqlayıb.

Bəzi insanlar gün ərzində tez-tez acdığını hiss edir. Bu hal düzgün ol

Balaca görünüşünə baxmayaraq, zəngin qida tərkibi ilə küncüt təbiət

Soğan yalnız yeməklərə dad qatmaqla deyil, həm də sağlamlığa faydalar�

Vitamin və qida əlavələri bazarı hər il sürətlə böyüyür. Lakin orta

Bu gün səhər saatlarında aparılan əməliyyatda qan, sidik və saç nümun�

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi səfir Tofiq Mus

Soyuğun sağlamlığa təsiri ilə bağlı məşhur mif təkzib edilib

Meyxanaçı Pərviz Bülbülə həbsdə olan həmkarı Rəşad Dağlıdan danı�

Ağıllı telefon istehsalçıları, ətraf mühiti qoruma siyasəti çərçivə
